Bu gün baş redaktor Vasif Turanın doğum günüdür

20.03.2018 - 15:22

Bu gün “Bolgexeber.com” xәbәr saytının vә “Bolgexeber.tv” internet televiziyasının baş redaktoru, tanınmış jurnalist Vasif Turanın 39 yaşı tamam olur

Xatırladaq ki,Vasif Turan tərəfindən 2009-cu ildә tәsis edilәn “Bolgexeber.com” daim oxuculara dәqiq vә qәrәzsiz mәlumatların çatdırılması üçün sәy göstәrib vә görünәn odur ki, bu әziyyәtlәr boşa getmәyib.
Bolgexeber.com vә BÖLGƏ TV fәaliyyәtә başladıqları gündәn bu yana rәqabәtdә olduqları saytları geridә qoyaraq ölkә mәtbuatında öz yerlәrini qoruyub saxlamasında Vasif Turan әsas pay sahiblәrindәndir. Qeyd etmәk lazımdır ki, baş redaktor bu şәrәfli yolda heç vaxt hәvәsdәn düşmәyib vә әvvәlkindәn daha qәtiyyәtlә rәhbәri olduğu saytların inkişafı üçün daim mühüm addımlar atıb.
Tәbriklәrә Vasif Turanın jurnallist hәmkarları,onun yaxınları da qoşulub vә ona xoşbәxtlik vә ələlxüsus can sağlığı arzuladıqlarını bildiriblәr.
Qeyd edək ki, bir müddət əvvəl səhhətində kəskin problem yarandığından baş redaktor təcili olaraq 1 saylı Şəhər Kliniki Xəstəxanasının (Semaşko) reanimasiya şöbəsinə yerləşdirilmişdir və hal-hazırda da bu xəstəxanda müalicəsini davam etdirdiyindən çox təəsüf ki,ad gününü dostları,yaxınları ilə birlikdə qeyd edə bilmir. Onu da deyək ki, baş redaktor xəstəliyi ilə əlaqədar bir neçə dəfə Türkiyədə müalicə olunub.

Cumhuriyyet.net kollektivi olaraq biz dә  həmkarımız Vasif Turanı tәbrik edir, tezliklə sağalması üçün ona şəfa diləyirik!

Short URL: http://www.cumhuriyyet.net/?p=115899

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31