BSU-da bayram şənliyi-FOTO

19.03.2018 - 17:56

Bu gün  Bakı Slavyan Universitetində Novruz bayramına həsr olunmuş təntənəli bayram tədbiri keçirilib. Tədbirdə prorektorlar,  fakültə dekanları, müəllim və tələbələr iştirak ediblər.

Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova, Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı Nuridə Novruzova, BSU-nun dosenti  İbrahimpaşa Babayev müəllim və tələbələri bayram münasibəti ilə təbrik edib, onlara can sağlığı, uzun ömür diləyib. Novruz bayramının tarixindən danışan çıxışçılar bildiriblər ki, ulu əcdadlarımızdan qalan bu milli bayram Azərbaycanın bütün regionlarında təntənə ilə qeyd olunur.

Sonra bayram tədbiri Keçəl və Kosanın  əyləncəli tamaşaları və konsert proqramı ilə davam edib. Tələbələr tonqaldan hoppanıb, yumurta döyüşdürüblər.

Cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=115903

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31