Millidən uzaqlaşdırılan Elvin Yunuszadə: “Qurban Qurbanov mənim üçün…”

26.03.2018 - 11:46
Millinin düşərgəsindən intizamsızlığa görə kənarlaşdırılan Elvin Yunuszadə Qurban Qurbanovun qərarı barədə danışıb.
 Cumhuriyyet.net xəbər verir ki, “Azerisport”un suallarını cavablandıran müdafiəçi çalışdırıcının haqlı olduğunu deyib:
“Bəli, yatıb qaldıq. Bu səbəbdən də iclasa gecikdik. Qurbanovun qərarı haqlıdı. Məşqçimiz bizim adımızı protokola yazmamaqla düz etdi.
Baş məşqçimizin verdiyi cəza mənim xeyrimə olacaq. Başa düşürəm ki, məsuliyyətli olmalıyam. Haqqımda verilən bütün qərarlara hörmətlə yanaşıram.
Mən baş məşqçimizə qarşı heç bir artıq hərəkətə yol vermərəm. Sosial şəbəkədə paylaşdığım şəkli də xoşuma gəldiyi üçün paylaşdım, heç vaxt Qurban Qurbanova bu cür ismarıc ünvanlamaram. Qurban Qurbanov mənim üçün böyük qardaşdır”.
Qeyd edək ki, Elvin Yunuszadə ilə Araz Abdullayev Belarusla oyuna bir neçə saat qalmış yuxudan gec oyandıqları üçün baş məşqçi Qurban Qurbanovun keçirdiyi iclasa gecikiblər. Qurban Qurbanov bu hərəkətə görə Araz Abdullayevi bağışlayıb, Elvin Yunuszadəni isə millidən uzaqlaşdırıb, həmçinin “Qarabağ”ın əvəzedici heyətinə göndərib.

Short URL: http://www.cumhuriyyet.net/?p=116093

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31