Bakıda bu binalar göy işıqlandırılacaq – SƏBƏB

30.03.2018 - 17:50

World autism awareness day. Colorful puzzles vector background. Symbol of autism. Medical flat illustration. Health care

2 aprel Autizm Maarifləndirmə Günü çərçivəsində Bakıda mavi işıqlandırma təşkil olunacaq.

Bu barədə Birgə və Sağlam İctimai Birliyindən məlumat verilib.

Belə ki, 2 aprel saat 20:00-da paytaxtın əsas binalarından olan Qız Qalası, Alov Qüllələri, “Baku Crystal Hall”, “Socar Tower” və eləcə də Bakı Olimpiya Stadionu mavi rəngdə işıqlanacaq. Bunların canlı şahidi olmaq istəyənlər sözügedən tarixdə qeyd olunan binaların qarşısında ola bilərlər.

Qeyd edək ki, tədbirin təşkilində məqsəd autizm xəstəliyinə, cəmiyyətin bu xəstəlikdən əziyyət çəkən insanlara daha da diqqətli olmasına diqqət çəkməkdir.

Xatırladaq ki, autizm – 3 yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Lakin bu xəstəliyin müalicəsi müəyyən mənada mümkündür, autizmi olan uşağın müalicəsi yalnız həkimin deyil, bütün ailənin, cəmiyyətin işidir..

Short URL: http://www.cumhuriyyet.net/?p=116520

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31