Azərbaycanda istehsalına qadağa qoyulan dondurma satılır – Həm də tarix saxtakarlığı ilə – FOTOFAKT
Azərbaycanda fəaliyyət göstərən dondurma şirkəti müştəriləri aldadıb.
Minval.info xəbər verir ki, mağazaların birindən dondurma alan alıcı fırıldağın şahidi olub. O, məhsulu alarkən istehsal tarixinə baxdıqda təəccüblənib. Belə ki, bu gün satılan dondurmanın aprelin 1-də istehsal olunduğu yazılıb.
“A-Klass” dondurmaları “A.Y.S-60” MMC tərəfindən hazırlanır.
Maraqlıdır ki, ötən il İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilib ki, “A.Y.S-60” MMC-nin istehsal etdiyi “Südlü” klassik və “A-klass” dondurmalarında bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilib. və istehsal qadağan edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=116573