Bakıda gənclərin ölüm mənbəyi olan “PlayStation” klublar…

31.03.2018 - 11:50

Ötən ilin sonunda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvəyə minib. Hansı məkanlarda siqarət çəkməyin qadağan olunduğu müəyyən edilib. Bir çox obyektlərdə sözügedən qanuna riayət olunmağa başlanıb. Lakin çox keçmədi ki, bəzi məkanlar üçün siqaret qadağası “qüvvədən düşdü”.

Minval.info xəbər verir ki, qanuna məhəl qoymayan obyektlərdən öndə gedəni “PlayStation” oyun klublarıdır. Nəzərə alsaq ki, gənclərin böyük əksəriyyəti siqaret aludəçisidir və onların ən çox üz tutduğu yerlərdən biri məhz bu obyektlərdir. O zaman “PlayStation”lardakı vəziyyəti təsəvvür etmək heç də çətin deyil.

Bu obyektlərdə bir kompüterdə rahatlıqla 4 nəfər oyun oynayır. Yalnız onların hər biri siqaret çəkərsə, oranı tüstü-duman bürüyür. Hələ tütünün qoxusu da bir yana… Üstəlik, burada növbəsini gözləyən müştərilər də vaxtlarının getməsi üçün siqaretlərini alışdırıb tüstüləyirlər. Yaranan ab-hava ciddi xəstəliklərin yaranmasına səbəb olan böyük amillərdən biridir.

Maraqlıdır ki, bu obyektlərin əksəriyyətində havaçəkən belə quraşdırılmayıb.

Qeyd edək ki, qanuna əsasən, qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə otuz manat məbləğində cərimə nəzərdə tutulub. Həmçinin siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxsləri dörd yüz manat məbləğində, hüquqi şəxsləri isə min manat məbləğində cərimə gözləyir.

Short URL: http://www.cumhuriyyet.net/?p=116575

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31