“Kim gəlib 255 manata işləyər?”

02.04.2018 - 14:06

Xalq artisti Afaq Bəşirqızı “Stop” proqramının qonağı olub.  “Qafqazinfo” xəbər verir ki, məşhur aktrisa verilişdə maraqlı açıqlamaları ilə yadda qalıb.
A.Bəşirqızı müsahibəsində ailəsinin toxunulmaz olduğunu, şəxsi həyatı barədə danışmaq istəmədiyini deyib:
“Şəxsi həyatımdan danışmağı sevmirəm. Ailəm toxunulmazdır. Həyat yoldaşımdan, övladımdan, nəvələrimdən danışmağı sevmirəm. Mən bilirəm və sübut edirəm ki, ailəni heç bir şeylə müqayisə etmək olmaz. Ailə sənətdən, bütün sevimli hobbilərdən önəmlidir. Sənət və ailəni eyni zamanda yaşatmağı bacarmalısan. Amma seçim qarşısında qalsam, ailəni seçərəm”.
Aktrisa deyib ki, xınayaxdılar təşkil edən, az qonorarla serial çəkilən həmkarlarını qınamır:
“Heç kim heç kimin qapısını döyüb 50 qəpik vermir ki, ac qalma. Heç kimi mühakimə etməyin. Əsl sənətkarın heç vaxt pulu olmayıb. Kim gəlib 255 manata işləyər? O, sənətinin fanatıdır. Amma onun təşəkkürünü dövlət və xalq verir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=116645

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728