Daxili İşlər Nazirliyinin rəsmi “İnstagram” səhifəsi yaradıldı

02.04.2018 - 19:09

Sosial şəbəkə istifadəçiləri artıq daxili işlər orqanlarının gündəlik fəaliyyətinin nəticələrini ilk mənbədən əldə edə biləcəklər.

Qeyd edək ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə 2017-ci il mayın 16-dan Daxili İşlər Nazirliyinin rəsmi “Facebook” səhifəsi fəaliyyətə başlayıb.

Əksər hallarda sosial şəbəkələrdə paylaşılan qeyri-obyektiv, heç bir əsası olmayan, bəzi hallarda cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdən informasiyaların mənfi təsirini nəzərə alsaq, hər bir şəxs üçün məlumatların əlçatanlığını və operativliyini təmin etmək bu baxımdan olduqca əhəmiyyətlidir.

Ötən müddətdə paylaşılan məlumatların izlənmə sayının artması, pozitiv şərhlər səhifəyə ictimaiyyətin marağının göstəricisidir.

Artıq aprelin 1-dən Daxili İşlər Nazirliyinin rəsmi “İnstagram” səhifəsi də fəaliyyətə başlayıb, ictimaiyyət və izləyicilər üçün açıqdır.

Səhifəmizdə daxili işlər orqanlarında baş verən yeniliklər, hüquqi və struktur islahatları, keçirilən maarifləndirici, profilaktiki tədbirlər, açılan cinayət hadisələri barədə xəbərlərin operativ və obyektiv yayımının təşkili diqqətdə saxlanılır.

“azerbaycan.din” adı ilə yaradılan səhifəyə nəzər salmaqla daxili işlər orqanlarının cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyin təminində, əməliyyat, xidməti fəaliyyəti, fiziki, döyüş və peşə hazırlığı, beynəlxalq əlaqələri, əməkdaşların elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə qazandığı uğurlar, eləcə də, həyata keçirilən profilaktiki tədbirlər, ictimaiyyətlə görüşləri və digər mövzularda müxtəlif səpkili materiallarla tanış olmaq mümkündür.

Short URL: http://www.cumhuriyyet.net/?p=116670

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728