Qarabağ əlili Qocalar Evindən çıxarılıb: – “Buradakı qocalar ölsələr, adları silinəcək, vəssəlam”

04.04.2018 - 11:11

Buzovnadakı 9 (1) saylı Qocalar Evinin sakini 1-ci qrup Qarabağ müharibəsi əlili Yevgeni Momot 3 ay bundan əvvəl ağır əməliyyat keçirməsinə baxmayaraq, pansionatdan çıxarılıb.

Bu barədə Cebhe.info-ya Azad İstehlakcilar İctimai Birliyi (AİB) “Müalicə və bərpa müəssisələrində istehlakçı hüquqları komissiyasının”nın rəhbəri Əhməd Rəhmanov məlumat verib.

Əhməd Rəhmanovun sözlərinə görə, buna pansionatın təmir olunması əsas gətirilib.

O, Bilgəhdəki Qocalar Evininin nəzdindəki binaya köçürülüb. Halbuki barada tibbi personal fəaliyyət göstərmir:

“Təsəvvür eləyin ki, yardıma çağırmaq üçün düymə belə yoxdur. I qrup əlillər yardıma ehtiyacı olan şəxslərdir. Mağazalar belə uzaqdadır. Nəsə lazım olarsa, ala da bilməyəcəklər. Bina da pis vəziyyətdədir. Xadimə gəldi, təmizlədi, vəssalam. Burdakı qocalar vəfat etsələr, sadəcə adları silinəcək”. 

Short URL: http://www.cumhuriyyet.net/?p=116798

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728