Ötən gün dünyasını dəyişən məşhur həkim kimin qızıdır?

04.04.2018 - 11:52
Ötən gün gənc yaşda dünyasını dəyişən tanınmış mama-ginekoloq Səbinə Mirzəyevanın tanınmış ailədən olduğu məlum olub.

Cumhuriyyet.net axar.az-a istinadən xəbər verir ki, o, “Azərsutikinti” xəstəxanasının baş həkimi Elman Səməd oğlu Mirzəyevin qızıdır. Ötən gün evində insult keçirərək, işlədiyi xəstəxanaya çatdırılana qədər dünyasını dəyişən cərrah mama-ginekoloq Səbinə Mirzəyeva 40 yaşının içində idi.

1978-ci il doğumlu S.Mirzəyeva 2001-ci ildə ATU-nu bitirib, 2001-2003-cü illərdə Milli Onkologiya Mərkəzində cərrah onkoginekoloq kimi fəaliyyət göstərib.
2003-2012-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında cərrah mama-ginekoloq işləyib.
2012-ci ildə Almaniyanın Hamburq şəhərində təcrübə keçib.
Dünyanın müxtəlif ölkələrində işlədiyi sahəyə aid diplom və sertifikatlar alıb.
Allah rəhmət eləsin!

Short URL: http://www.cumhuriyyet.net/?p=116808

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728