Çox işləmək ürəyi zora salır

05.04.2018 - 14:42

Çox işləmək sağlamlığa ciddi ziyan vurur. Novator.az-ın məlumatına görə, “American Journal of İndustrial Medicine” dərgisindəki məqalədə belə deyilir. Alimlər Cənubi Koreyada 8 min 300 işçinin məlumatlarını analiz etdikdən sonra belə nəticəyə gəliblər ki, həftədə 40 saat işləyənlərlə müqayisədə 61-70 saat çalışanlarda ürəyin işemik xəstəliyi riski 42%, 71-80 saat işləyənlərdə isə 63% çoxalır.

“The Lancet” jurnalında dərc olunan digər elmi məqalədə isə bildirilir ki, tez-tez normadan artıq işləyənlərdə insult riski standart iş saatı üzrə çalışanlarla müqayisədə daha yüksəkdir. London Kollec Universiteti əməkdaşlarının tədqiqatı göstərib ki, iş həftəsində 55 saat çalışmaq 35-40 saatlıq iş saatı ilə müqayisədə insult riskini 33% artırır. Bu halda ürəyin işemik xəstəliyi riskinin də 13% çoxaldığı qeyd olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=116909

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728