BSU-da qanvermə aksiyası keçirilib

08.04.2018 - 12:53

6 aprel 2018-ci il tarixində Bakı Slavyan Universitetində Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib. Universitetin tələbə və müəllim heyəti tədbirə qatılaraq qana ehtiyacı olan xəstələr üçün könüllü qan veriblər.Tibbi Biliklərinin Əsasları və Mülki Müdafiə Kafedrasının müdiri Pərvanə Cəfərova bildirib ki, universitetdə bu aksiyanın keçirilməsi artıq ənənəvi hal alıb. Hər il aprel ayı ərzində “Donor günü” keçirilir və BSU-nun kollektivi talassemiyalı xəstələrə dəstək olmağa çalışırlar. O, tədbirin talassemiya ilə bağlı dövlət proqramlarına uyğun həyata keçdiyini vurğulayıb.  Məlum olduğu kimi, talassemiya irsi qan xəstəliyidir, qırmızı qanda olan hüceyrələr talassemiyaya tutulur və düzgün fəaliyyət göstərmir. Bu xəstəliyin müalicəsində qanköçürmə mühüm rol oynayır.

Qeyd edək ki, qanvermə aksiyası həkim nəzarəti altında həyata keçirilir. Çəkisi 50 kq-dan az olan şəxslər qan verə bilməz. Bundan əlavə, donorlar fiziki baxımdan sağlam olmalı, yaş həddi 18-55 arasında olmalıdır.

Qeyd edək ki, bu gün keçirilən aksiya çərçivəsində donorlar əvvəlcə həkim nəzarətindən keçirilib, onların sağlamlıq durumu müəyyənləşdikdən sonra aksiyada iştirak etmələrinə icazə verilib. Donorlar  bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndiriblər və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.

Cumhuriyyet.net

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=117117

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930