Hadı Rəcəblidən sonra Aybəniz Haşımova da bütün xəbər saytlarının bağlanılması istədi – FOTO

10.04.2018 - 17:18

“İlham Əliyev cənablarından xahiş etmək lazımdır ki, internet portallarının hamısının bağlanılması haqqında qərar versin”.

Musavat.com bildirir ki, bu barədə əməkdar artist, müğənni Aybəniz Haşımova sosial şəbəkədə müraciət edib.

Əməkdar artisti ölkədə fəaliyyət göstərən xəbər saytlarını kəskin tənqid edib: “Səviyyəli insanlardan bu ifadəmə görə üzr istəyirəm. Anasından, bacısından, özünün kişiliyindən xəbəri olmayanlar kompüter arxasında şirə, pələngə dönürlər”.

Qeyd edək ki, bu günlərdə deputat Hadı Rəcəbli də sosial şəbəkələrin bağlanılması ilə bağlı açıqlama vermişdi. Onun bu açıqlaması ciddi tənqidlərə məruz qalaraq, geniş müzakirələrə səbəb olmuşdu.

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=117188

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728