Prezidentliyə namizədlər kimə səs verib?

11.04.2018 - 15:38
Prezidentliyə namizədlərin çoxu artıq səsvermə hüququndan istifadə edib.

Cumhuriyyet.net xəbər verir ki, yenicag.az 11 aprel prezident seçkilərində qeydə alınmış namizədlərin harada və necə səs vermələrini müəyyənləşdirib:

Araz Əlizadə bir qədər əvvəl 17 saylı Yasamal üçüncü seçki dairəsinin 11 saylı seçki məntəqəsində və özünə səs verib.
Fərəc Quliyev 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 25 saylı seçki məntəqəsində səs verib. O, prezidentliyə ən layiqli namizəd qismində özünü görüb.
8 saylı Binəqədi birinci seçki dairəsinin 31 saylı seçki məntəqəsində səs verən Hafiz Hacıyev isə rəqibi İlham Əliyevi seçib.
29 saylı Səbail seçki dairəsinin 28 saylı seçki məntəqəsində səs verən Qüdrət Həsənquliyev isə kimə səs verdiyini açıqlamağı etik saymayıb.
Razi Nurullayev 8 saylı Binəqədi birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib. O, “Razi Nurullayevə səs verdiyini” deyib.
Sərdar Cəlaloğlu isə saat 12-də 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 21 saylı seçki məntəqəsində səs verəcək. Sərdar bəy də özünə səs verəcəyini bildirib.
Zahid Oruc ailə üzvləri ilə birlikdə 29 saylı Səbail seçki məntəqəsinin 18 saylı seçki məntəqəsində səs verib. Orucun sözlərinə görə, ailə üzvləri ona, özü isə İlham Əliyevə səs verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=117256

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728