“Lotu Quli”nin qardaşından gözlənilməz qərar

12.04.2018 - 18:41

“Lotu Quli” ləqəbi ilə tanınan “qanuni oğru” Nadir Səlifovun qardaşı Müşfiq Səlifov 2005-ci ildə Avropa Məhkəməsinə şikayət edib.

Yenicag.az xəbər verir ki, o, Konvensiyanin 6.1 və 6.3-cu maddələrinin pozuntusunun tanınmasını tələb edib. Məhkəmə 2016-cı ildə kommunikasiyaya başlayıb.

Bu gün məhkəmə qərarını elan edib. Lakin ərizəçı məhkəməyə məktub göndərərək ,işin aparılmasında maraqlı olmadığını bildirib. Buna görə də məhkəmə işi siyahıdan çıxarıb.

Qeyd edək ki, “Lotu Quli”nin mühakimə edilən ilk qohumu – qardaşı Müşfiq olub. 2005-ci ildə tutulan Müşfiq Səlifov “Lotu Quli” ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri qarşısında dayanıb.

2006-cı idə məhkəmənin hökmü ilə Müşfiq Səlifov 12 il cəza alıb, daha sonra Apellyasiya Məhkəməsi onun cəzasını 7 ilə endirib. 2007-ci ildə Ədliyyə Nazirliyinin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Müşfiq Səlifov Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Təhsil Nazirliyi və Bakı Dövlət Universitetini məhkəməyə verib.

İddiada Müşfiq Səlifov pozulmuş təhsil hüquqlarının bərpasını xahiş edib. Həbs olunarkən BDU-nun hüquq fakültəsinin 4-cü kursunda təhsil alan Müşfiq Səlifovun təhsilini davam etdirməsi üçün şərait yaradılmayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=117343

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2018
BE ÇA Ç CA C Ş B
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930