“AMAY Abdulla”nın adamları hakim qarşısında – iş adamının başı yenə dərddə

13.04.2018 - 12:50

“Xudafərin” MMC-nin vəzifəli şəxsləri hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Xudafərin” MMC-nin vəzifəli şəxsləri – Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Onların barəsində həbs qətimkan tədbiri seçilməyib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxsin vəkilləri cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin hazırlıq iclası aprelin 27-də davam etdiriləcək.

“Xudafərin” MMC-nin vəzifəli şəxsləri – Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Şirkət əməkdaşları mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər. Bildirək ki, bu şirkətin rəhbəri “AMAY Abdulla” kimi tanınan Abdulla Abdullayevdir.

Bildirək ki, iş adamının adı bir neçə qalmaqallı məhkəmə işlərində hallanıb. O, bir neçə il öncə həbsdən çıxıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=117383

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728