Jurnalistikanın “Oskar”ları sahiblərini tapdı (SİYAHI)

17.04.2018 - 12:51
Kolumbiya Universiteti tərəfindən verilən və jurnalistikanın “Oskar”ı hesab edilən “Pulitzer” mükafatı öz sahiblərini tapıb.
Qaynarinfo xəbər verir ki, Pulitzer 2018 mükafatı məşhur prodüser Harvey Vaynsteynin qadınlara qarşı etdiyi cinsi zorakılıq əməllərini gündəmə gətirən “New Yorker” jurnalı və “New York Times” qəzetinə verilib.
“New York Times” və “Washington Post” qəzeti də Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi ilə bağlı xəbərlərə görə mükafatlandırılıb. Musiqi üzrə “Pulitzer” mükafatının sahibi isə “DAMN” albomuna görə Kendrik Lamar olub.
Mükafatın qaliblərinin siyahısını təqdim edirik:
İctimai xidmət üzrə: “New York Times” qəzeti və “New Yorker” jurnalı
Son dəqiqə xəbərləri: “Press Democrat”
Araşdırma jurnalistikası: “Washington Post”
İzahedici xəbər: “Arizona Republic” və “USA Today Network”
Yerli xəbər: “Cincinnati Enquirer”
Milli xəbərçilik: “New York Times” və “Washington Post”
Beynəlxalq xəbərçilik: Klar Boldvin, Endryu Marşal və Manuel Moqato
Xüsusi xəbər: Reyçl Kaadz Qansah
Şərh: Con Arçibold (Alabama Media Group)
Tənqid: Cerri Soltz (New York jurnalı)
Baş məqalə: Endi Dominik (Des Moines Register)
Karikatura: Ceyk Helpörn, Maykl Slon (New York Times)
Son dəqiqə fotosu: Ryan Kelly (Daily Progress)
Xüsusi fotoqrafiya: “Reuters” kollektivi

Short URL: http://www.cumhuriyyet.net/?p=117567

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728