Bakı Beynəlxalq Avtovağzalında NARAZILIQ

19.04.2018 - 10:33

Lənkəran-Astara istiqamətində işləyən avtobusların fəaliyyəti narazılıq doğurub. Bölgələrə gedən avtobusların fəaliyyəti ilə bağlı narazılıqlar ara-sıra gündəmə gəlir.

Cebhe.info-nun xəbərinə görə, bu günlərdə Lənkəran-Astara istiqamətində işləyən avtobuslarla bağlı ciddi problem yaranıb. Sərnişinlər bu istiqamət üzrə hərəkət edən avtobusları 3-4 saat gözlədiklərini bildirirlər.

Onların avtobusların bu cür fəaliyyəti ilə bağlı suallarını isə cavablandıran olmayıb. Avtobusların qeyri-intensivliyinə görə Avtovağzalda sıxlıq yaşanıb. Relsə buraxılan avtobuslarda da sıxlıq olub.

Sərnişinlər həmçinin bilet satışından şikayətlənirlər. Bildirildiyinə görə, bilet istəyənlərə, biletlərin satıldığı deyilib.

Qeyd edək ki, Lənkəran Astara marşurutları istiqaməti üzrə fəaliyyət göstərən avtobusların vəziyyəti də müzakirə olunur. Qeyd olunur ki, bəzi relslər üzrə kamfortlu avtobuslar xəttə buraxılsa da, əksəriyyətində köhnə və bərbad vəziyyətdə olanlar fəaliyyət göstərir.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidməti ilə əlaqə salamaq cəhdlərimiz baş tutmayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=117668

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930