“Qəbələ” klubu Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb – VİDEO
“Qəbələ” klubu Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb.
“Report”un məlumatına görə, yarımfinal mərhələsinin ilk matçında evdə “Neftçi”yə 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar”, səfərdə dönüş etməyi bacarıblar.
“Bakcell Arena”da baş tutan qarşılaşmada hesabı “Neftçi” açıb. Oyunun 10-cu dəqiqəsində Soni Mustivar fərqlənib. Bunun müqabilində “Qəbələ”nin bombardiri Baqali Dabo 20 və 30-cu dəqiqələrdə komandasını hesabda önə çıxarıb. Görüşdə son qolu isə əyalət təmsilçisinin kapitanı Cavid Hüseynov vurub. O, 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Beləliklə, finalda ukraynalı baş məşqçilərin – “Qəbələ”nin sükanı arxasında olan Roman Qriqorçukla Yuri Maksimovun rəhbərlik etdiyi komandalar üz-üzə gələcəklər.
Final oyunu mayın 28-də keçiriləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=117670