“Məmurların özləri millətə yük idi, indi də “saxladıqları” qadınlar peyda olub”

19.04.2018 - 17:33
“Belə özbaşınalıqlara görə, kiminsə işdən çıxarılması, vəzifədən uzaqlaşdırılması ənənəsi bizdə yoxdur. Buna arxayın olanlar daha çox belə özbaşınalığa yol verir”

“Məmurların özləri ilə bərabər, qohumlarının “saxladıqları” qadınların özbaşınalığı Azərbaycanda geniş yayılan anormal haldır”.

Cumhuriyyet.net xəbər verir ki, bunu “Sherg.az”a millət vəkili Fazil Mustafa söyləyib.

O vurğulayıb ki, bu hərəkətlər qudurğanlıq və görməmişlik simptomlarının ortaya çıxardığı məqamlardır:
“Belə davranan insanların böyük əksəriyyəti sanki özlərinin yaxın adamlarına, qeyri-qanuni “saxladıqları” qadınlara kredit kartı veriblər ki, istənilən özbaşınalığı edə bilərlər. Bu hala ölkədə qanunun aliliyini təmin etməklə son qoymaq mümkündür. Hər hansı şəxs məmurun yaxınıdırsa, bu o demək deyil ki, onlar sadə insanlara sayğısızlıq etməlidirlər. Burada cəmiyyətin özü və medianın üzərinə böyük məsuliyyət düşür. Həmin məqamların dərhal ifşa olunması, açıq şəkildə insanlara çatdırılması vacibdir. Bu, qudurğanlığın yeni formasıdır. Konkret olaraq məmurun adı çəkilməlidir. Onsuz da, həmin məmurların özləri millətin üzərinə yük idi, indi isə onların saxladığı qadınlar, yaxın qohumları peyda olub. Cəmiyyətin bu vəziyyətə müqavimətindən çox şey asılıdır”.
Məmur qohumlarının özbaşınalıqlarının daha çox mediaya sızdığını diqqətə çatdıran deputat belə məqamların dərhal işıqlandırılmasının tərəfdarıdır:
“Polisə tabe olmayan, avtoşluq edən, vəzifəsini yerinə yetirən şəxsləri himayədarları ilə hədələyən insanlara ən yaxşı cavab ictimai qınaqdır. Yetərincə qınaq olsa, çoxları belə addımların fəsadlarını düşünər. Belə özbaşınalıqlara görə, kiminsə işdən çıxarılması, vəzifədən uzaqlaşdırılması ənənəsi bizdə yoxdur. Buna arxayın olanlar daha çox belə özbaşınalığa yol verir. Halbuki cəmiyyətin medianın qınağı yerində olsa, mənfi məqamlar azalar”.
Qeyd edək ki, son illərdə sosial şəbəkələrdə və mətbuatda məmur övladlarının, onların qohumlarının və xüsusilə sevgililərinin özbaşınalığı haqqında tənqidlər səsləndirilir. Bu şəxslərin mənfi münasibəti, özbaşına və tərbiyəsiz rəftarı ilə qarşılaşan sadə vətəndaşlar sosial şəbəkə hesablarında üzləşdikləri mənzərəni paylaşırlar.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=117736

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031