Azərbaycanlı iş adamının hesabına səhvən 128 milyon köçürdülər – Amma görün, o nə etdi…

20.04.2018 - 11:06
Bu gün Almaniyada yaşayan azərbaycanlı iş adamının bank hesabına yanlışlıqla 128 milyon avrodan artıq pul köçürülüb.
Bir müddətdən sonra ölkə prokurorluğundan həmin iş adamına zəng olunub və ondan “hesabınıza səhvən bu qədər pul məbləği keçirilib, nə etmək fikrindəsiniz?” soruşulub.
Xezerxeber.az Modern.az-a istinadən xəbər verir ki, azərbaycanlı iş adamı da öz növbəsində məsələdən məlumatlı olduğunu bildirib. Vəsaitin ona məxsus olmadığı üçün geri qaytaracağını vurğulayıb.
Təxminən, yarım saatdan sonra yanlışlığa yol verən bankın qarşısına gedən soydaşımız maraqlı mənzərə ilə qarşılaşıb. İş adamının sözlərinə görə, o banka vardığında yüzə qədər alman ora cəm olunmuşdu. Həmin almanlar bank işçisinin yol verdiyi yanlışlıqdan sonra pulları azərbaycanlının hesabına köçürülən şəxslər olub.
Azərbaycanlı iş adamı hətta onu görən vaxt bəzilərinin təşəkkür naminə əlindən öpdüyünü, ona ürəkdən minnətdarlıq edənlərin də olduğunu bildirib:
“Hələ pulu geri qaytarmamış məndən hansı ölkədən olduğumu soruşdular. Baxdım ki, Azərbaycan barəsində bir çoxu məlumatlı deyil. Bildirdim ki, Azərbaycan çox inkişaf etmiş bir ölkədir. Orada düzgünlük, qanunlar o şəkildə işləyir ki, bu məsələlərdə heç bir problem olmur. Onlar mənə ehtiramlarını bildirdilər”.
Hadisə aprelin 19-da baş verib. Olay Almaniya mediasında da maraqla qarşılanıb. Mediada həmyerlimizin pulu qaytarmamaq səlahiyyəti olduğu halda, atdığı bu addım alqışlanıb.
Qeyd edək ki, əslən Ağdamdan olan iş adamının adı bizə məlum olsa da, bəzi səbəblərdən açıqlanmır.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=117768

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031