İcra başçılarının qanunsuz əməlləri hesabata salınmayıb- DEPUTATDAN OMBUDSMANA ETİRAZ

20.04.2018 - 15:35

Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin aprelin 20-də keçirilən iclasında Ombudsmanın illik məruzəsi müzakirə olunur.

Gununsesi.info-nun xəbərinə görə, müzakirələr zamanı adıçəkilən komitənin üzvü Fazil Mustafa Ombudsmanın fəaliyyətinin və hesabatının qənaətbəxş olduğunu vurğulayıb, eyni zamanda, bir iradını da bildirib:

“Bildiyiniz kimi, bölgələrdə bəzi icra başçıları tərəfindən yerli biznes nümayəndələri sıxışdırılır, onlara aid olmayan işlərə cəlb olunur, vəsaitləri, pulları əllərindən alınır.

Konkret olaraq, bu yaxınlarda bir rayonda icra başçısı tərəfindən bir nəfər biznesmenin təzyiqə məruz qalması, onun pulunun geri qaytarılmaması və həmin şəxsin aclığa başlaması ilə bağlı məlumatlar yayılmışdı.

Amma təəssüflər olsun ki, bu məsələ Ombudsmanın hesabatına salınmayıb. Yaxşı olardı ki, hələ vaxta – plenar iclasa var, bu məsələ də Ombudsmanın məruzəsinə salınsın və icra başçıları da görsünlər ki, onların qanunsuz əməlləri nəzərdən qaçırılmır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=117786

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031