Hacıbala Abutalıbov istefa verdi
Bakı şəhər icra başçısının rəhbəri Hacıbala Abutalıbov istefa verib.
Məlumata görə, ötən gün Abutalıbov təhvil-təslim edib.
Onun bu gün təyin olunacaq baş nazirə müavin gedəcəyi iddia olunur.
Qeyd edək ki, Abutalıbov 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb. O, 2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. (yenicag.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=117818