Şair Xan Rəsuloğlu: “Azərbaycanda ədəbiyyatla məşğul olan insanlar elə bil toplam hipnoz altındadırlar” -MÜSAHİBƏ

21.04.2018 - 16:30

“Ayaz Arabaçını Məmməd Arazdan heç də əskik olmayan şair hesab edirəm”

Erməni müəllifi:”Ermənistan Rusiyaya ermənilərsiz lazımdır”

“Məmməd Aslanı bölsən,xalqın sevdiyi həmin xalq şairlərindən 5-6-sı  çıxar”

Sumqayıtda  Xan Rəsuloğlunu  tanımayan az adam tapılar.Onu nəniki Sumqayıtda,  həmçinin Azərbaycanda ədəbiyyatla az-çox maraqlanan insanlar  şair,bukinist,həm də səmimi insan kimi tanıyır.

“İmranla şənbə söhbətləri” rubrikasının bugünkü qonağı elə  tanınmış bukunist,şair, Bakıda “Xan xəzinəsi”  adlı kitab mağazasının ,Sumqayıtda ,45-ci məhəllədə  kiçik kitab dükanının sahibi ,zəngin kitabxanaya sahib olan,kitab təbliğatçısı ,tərcüməçi,jurnalist ,ziyalı insan olan  Xan Rəsuloğludur.

Qısa arayış: Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirən,ixtisasca filoloq olan, Yazıçılar Birliyinin üzvü Xan Rəsuloğlu 1962-ci ildə oktyabrın 11-də anadan olub.10-dan çox kitabın müəllifidir.Əslən Qubadlı rayonundandır,Sumqayıtda yaşayır.

Siqurd Xan Rəsuloğlu imzası ilə  yazan şairin ilk şeir kitabı 1998-ci ildə “Taleyimə nə yazılıb görəsən?“ adı ilə çap olunub. Daha sonra “Ən ilahi möcüzə“, “Vətənim Yer kürəsi“, “Ümidlər zindan imiş“, “Sabahlara salam olsun“, “Cavid yaradıcılığında şəxsiyyət problemi“, “Kamyudan tərcümələr“, “Rusca şeirlər və aforizmlər“ kimi kitabları oxuculara təqdim edilib.

Mətbuatda,verilişlərdə tez-tez kitab eksperti , kitab satışı mütəxəssisi ,maraqlı müsahib kimi  çıxış edir.

50.000 mindən çox kitab oxuyub, kitab biznesini  daha çox  xeyriyəçilik üzərində qurub.

-Bir ziyalı,şair ,düşünən insan,ədəbiyyat adamı kimi ədəbiyyatımızda nə proseslər baş verməsi haqda sizin fikrinizi bilmək istərdik.Ümumiyyətlə bu sahədə  mövcud olan durum sizi nə dərəcədə qane edir?

-Sual ümumi olduğundan dediklərim çox nisbi ola bilər,çünki ədəbiyyat aləmini ədəbi mühitdə  gedən proseslərlə bir yerdə izahını vermək lazımdır.Çap olunan kitablara, jurnallara,internetdə çıxan yazılara ,səslənən yeni fikirlərə nəzərən biz  nəsə mühakimə yürüdə bilərik.

-Sualı bir az da konktetləşdirək.Ədəbiyyat  bildiyimiz kimi cəmiyyət üçün faydalı və mənəviyyata yaxın bir sahədir.Bununla belə iqtisadiyyatda  baş verən hadislər hər gün  mətbuatda  işıqlanır, amma ədəbiyyatla bağlı yeniliklər diqqət mərkəzində olmur nədənsə . Cəmiyyət elə bil bu sahəyə lazım ,vacib olmayan ,2-ci,3-cü dərəcəli bir  şey kimi, laqeyd yanaşır.

-Mənim fikrim ola bilər ki, bir çoxlarının xoşuna gəlməsin, amma onu deyim ki,hal-hazırda Azərbaycanda ədəbiyyatla məşğul olan insanlar  elə bil toplam hipnoz altındadırlar.Sanki inqilabi ruh sıfıra enib.

Hətta ara-sıra kimlərsə tənqidi şeirlər yazsa belə,əslində o şeirlərdə inqilabi ruh,çağırış hiss olunmur,onların altında adi tənə durur.Sanki millətin ruhu ölüb.Halbuki əksinə olmalı idi.Xocalının son ildönümündə məsələn, sosial şəbəkələrdə paylaşımlar edildi,şəkillər yerləşdirildi və bununla elə bil çoxları düşündü ki,missiyalarını yerinə yetirdilər.

– 90-ci illərin əvvələrində  ədəbiyyatda bir canlanma baş verdi və  bu proses neçə illər davam etdi.Postmodernizm termini ,Kamyu,Kafka, Umberto Eko,Markes, Paulo Koelyo  və sairə onlar kimilərin adları dildən düşmürdü,dəbdə idi.O dövrdə qızğın ədəbi müzakirələr,mübahisələr gedirdi ədəbi mühitdə.Çox maraqlı və ümidli bir dövr idi,amma sonradan bunlar hamısı səngidi.İndi isə həmin “qaynar qazan”dan heç  əsər-əlamat qalmayıb və o kitabları,müəllifləri heç yada salan yoxdur.O mühit yoxa çıxdı,ciddi də bir şey baş vermədi…

-Əslində bu təkcə ədəbiyyatda baş vermirdi, bu proseslər bütün sənət növlərində özünü göstərirdi.

Ümumiyyətlə cərəyanlar çox idi; avanqardizm, simvolizim,modernizm və sairə… Özünü hanısa cərəyanlara aid edənlər  var ki ,onlar çox vaxt yanılırlar.Çünki onların hansı cərəyanlara aid olmasını, yazdıqlarından çıxan nəticəni təndqidçilar ayırd edə bilər.Yəni kimsə özünü surrealist  şair adlandıra bilər,amma  baxırsan onun realist qeydləri ilə  sürrealizim arasında yerlə göy qədər fərq var. Azərbaycanda elə bil ki, postmodernistlər Avropada yaranıb Rusiyaya gəlmiş və oradan da bizə keçmiş postmodern ənənələrində  bütün ədəbi qadağaları ,bütün ədəbi qəlibləri sındırıb xaosun özündə belə məntiq tapıb ortaya qoymaq istəyirdilər.

Demək istəyirdilər ki,”biz belə yazmaq istəyirik”. Amma belə olmadı.Özünü postmodernist adlandıran cağdaş dövrün gənc yazarları,hansıların ki, yaşı az qala 60-ı keçib yenə özünü postmodernist adlandırırlar.Həmid Herisçidən tutmuş Rasim Qaracayacan .Amma hərəsinin bir şerində,yazısında bu iddianı ortaya qoymaq şansı olubsa da  bütövlükdə yaradıcılıqlarında istər-istəməz gələn qaynaqlardan ki, qidalanıblar o qidaların təsiri olub.Əslində “posmodernistəm” deyən adamın yazısında futurizmin də,avanqardizimin də nişanələrini görmək mümkündür.Azərbaycanda ədəbi müxalifət liderlərindən biri mənim fikrimcə Rasim Qaraca olub. Rasim Qaraca özünün “ Alatoran” ədəbi  jurnalını buraxdı.20-yə yaxın nömrəsi dərc olundu.Həqiqətən də bu jurnalda Azərbaycan ədəbi mühitində adları hallanan bir bir çoxları  parlayıb. Bugünkü ədəbi mühitimizə yeni nəfəs ,yeni hava gətirənləri biz ordan tanıdıq.Bir çoxları da sonradan mühacirət etdi.Onların bir çoxunun adlarını çəkməsəm də onlar  biləcək ki,kimləri nəzərdə tuturam.Əli Əkbəri,Seymur Baycanı,Elxan Qaraqanı birbaşa hansısa ədəbi cərəyana aid eləməsəm də onlar ədəbi hava yaratdılar.

Onların davamçıları, hətta onlara oxşamaq istəyən adamlar da oldu. Amma bütün bunları kənara qoysaq ədəbi ənənə ilə gələn,hətta  Yazıçılar Birliyinin üzvü olmayanlar da ,belə demək mümkünsə ,ədəbi iqtidar ilə ədəbi müxalifət arasında qalanlar da  var ki,onları mən ədəbiyyatın qara fəhlələri adlandırardım. Bir də  yaradıcılar, aparıcılar, bir də onlardan ilham alanlar.

Baxırsan ki,Azərbaycan ədəbi mühitində dünya səviyyəsində ortaya qoyulası ,hətta deyərdim lazımi ədəbi uğurlarımız çox azdır.Amma bu gün adlar çəkərəm ki,o şairlərin adları ədəbi mühitdə çox da hallanmasa da xalq şairlərindən qat-qat dəyərli əsərlər ortaya qoyublar.Məsələn, Ayaz Arabaçı. Məmməd Araz yeganə şairdir ki,onun kitabını mən 6 ay cibimdə gəzdirmişəm. Kiminsə xətrinə dəysə də,dəyməsə də   deyim ki, Ayaz Arabaçını Məmməd Arazdan heç də əskik olmayan şair hesab edirəm. Əliağa Aslan adlı şairimiz olub, 51 yaşında rəhmətə gedib.Bu ad çoxlarına tanış gəlməyə bilər,halbuki, bu insanın ədəbiyytada etdiklərini bizim heç  bir xalq şairi etməyib.

Janqlyorluğu,söz zərgərliyi,söz oyunu deyərdim bu üsluba ki, bunun da ilk təzahürlərini Əli Kərim,Ağa Laçınlı,Ç.Əlioğlu,Ə.Salahzadə və başqalarında görmüşəm.

Hətta 1994-cü ildə prezident fərmanı ilə kitablar çap olunub ki,ora Yazıçılar Birliyin bir neçə üzvlərinin seçilmiş əsərləri daxil edilib.Məsələn,Ələkbər Ziyatay,Zeynal Cabbarzadə.Tofiq Mütəllibovun az qala 500 səhifəlik kitabı dərc olunub ,amma onun şeirlərinin bir bəndini mənə göstərə bilmərsiz ki,orda bir məna olsun.Baxırsan ki,hər şey yerindədir savad,ritm bölgüsü və s… amma gözəllik yox,fikir yox,ədəbiyyata aid heç nə yoxdur. Poeziya  nədir, şeir nədir?!Mənin çox xoşladığım bir aforizm var poeziya haqda:” “Poeziya tərcümədə nə itirsə odur”.Gərək nə qədər hissiyatın ola ki,bunu hiss edəsən.Bizdə hal-hazırda dilin gözəlliyinə fikir vermirlər.Ədəbiyyatımızda Bəxtiyar Vahabzadə kimi şairimiz olub ki,mən onu xalq şairi kimi sayıram, ona sayğı ilə yanaşıram,amma mərc gələrəm,bəndlərlə sübut edərəm ki,yuxarıda adını çəkdiyim məşhur,xalq  şairlərini ədəbi dəyər baxımından sınaqdan keçirtsək, görəcəksiniz ki, şeirlərində çatışmamazlıqlar nə qədərdir. Məmməd Araz,Məmməd Aslan,Məmməd İsmayıl,Musa Yaqub,Ramiz Rövşən  ədəbi səviyyə baxımdan  yüksək olsa da  xalqın sevdiyi  şairlər başqalarıdır.

Məmməd Aslanı bölsən,xalqın sevdiyi həmin xalq şairlərindən 5-6-sı  çıxar.

-Tarixə nəzər saldıqda  baxıb görürük ki, XIX əsrdə ermənilərin “Daşnakstyun” partiyası yaranır və qarşına məqsəd qoyur ki,Cənubi Qafqazda,hətta Şərqi Anadoluda  “dənizdən dənizə böyük Ermənistan”dövləti yaratsınlar.Bundan ötrü də bu işi aparan  düşmənlərimiz  bu patriyanın ətarfında təşkilatlandılar.Amma biz baxıb görürük ki,təəsüflə qeyd edirik ki,Azərbaycanda təşkilat şüuru həmişə aşağı , zəif olubdur. Biz daha çox Allaha dua etməklə,ibadətlə kifayətlənmişik.Sanki siyasəti islamdan ayırırmış kimi təşkilatlanmadan məhrum ediblər müsəlmanları.Azərbaycanda millətin yenidən özünə gələ bilməsi üçün siyasi cəhətdən dünyada,öz əzəli düşmənlərimizə-ermənilərə qarşı,lap elə onların himayədarlarına qarşı  təşkilatlanma nə qədər vacibdir?

-Suala sualla cavab vermək istərdim.Bu gün Azərbaycan icimai-siyasi mühitində içi Hacı Zeynalabdin Tağıyev Tağıyev,Musa Nağıyev daxil demokrartik cümhuriyyəti quranlaracan sanki onlar müqəddəsdir kimi  yanaşma var.Amma araşdırılsa yüzə-yüzə məlum olar ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövründə çatışmazlıqlar çox olub. Sabah ermənilər üstümüzə gəlsələr bu gün Azərbaycanın rüşvətxorları da,bizim büdcəmizi oğrayan məmurlar da ,sözsüz ki, silah götürüb onlara qarşı vuruşacaqlar.Amma  müharibə olmayan halda  məmurlarımız vətəni sevirəm deyə-deyə millətin başına turp əkəcəklər və əkirlər də.Eyni şeylər də   o zaman Müsavat hakimiyyətinin dövründə olub.Müsavatın hakimiyyəti dövründə nədi-nədi İngiltərə bizi təsdiq etsin deyə ,biz onlara yaltaqlanaq deyə Versal müqaviləsində tələblərimiz yerinə yetsin deyə,Avropada bizi dəstəkləsinlər deyə  İngiltərənin Bakıdan tankerlərlə apardığı neftə  görə bir qəpik də pul   verilməməsinə göz yumuldu. Amma Nəriman Nərimanov Qenuya konfrasında ödətdirdi o pulları.Mən ümumən onun siyasətini dəstəkləməsəm də  o Azərbaycanın xeyrinə bunu etdi. Bunu da ona Sadəcə  o da ona görə edildi ki,o dövrdə də hərə öz partiyasının marağı naminə hərəkət edirdi.İndi 27 il keçib müstəqilliyimizdən,biz suveren dövlətik.Amma bu müstəqilliyimizin özü də hansısa anlamdasa süni bir şeydir. Çünki biz necə müstəqilik ki,öz əbədi,əzəli torpqlarımızı ,bu BMT- tərəfindən təsdiq olunsa da  geri ala bilmirik. Rusu belə deyir,Avropası belə deyir,Amerika barmağını silkələyir,Vatikan belə deyir… və s.

Yəni biz nə dərəcədə müstəqilik ki,öz torpaqlarımızdan hücum edib öz torpağımızı ala bilmirik.İslam dövlətlərini sanki çıxdaş ediblər,sanki bizim günahımız müsəlman olmağımızdadır. “Dənizdən dənizə” xülyasına qaldıqda isə ermənilər özləri də bilirlər ki, İrəvan onların deyil, amma qondarma tarix yaradıblar özlərinə .Artıq dövlət qurublar,10 il keçsə , dünyada balans dəyişsə ,bəlkə demoqrafik yolla onları içimizdə əridə bilək,sərhədlər götürüləndən sonra-filan.Onsuz da İslam aləmində Osmanlı imperiyasından tutmuş Səfəvilər dövlətinəcən dini ayrılığa görə başqalarını gözüm-çıxdıya salındığı vaxtda belə  biz yəhudiləri qəbul elədik,içimizdə xristianlar azad yaşayırdılar.Hətta onları əsgərliyə də aparmırdılar.Sadəcə vergilərini verirdilər qurtardı.O dövrdə biz istəsəydik erməniləri ümumiyyətlə yox edərdik.Düşmənçilik etməklə deyil.Ermənilər tarix boyu bizimlə din ayrı qardaş kimi yaşayıb.Bir erməni müəllifinin məşhur bir fikri var:”Ermənistan Rusiyaya ermənilərsiz lazımdır”.Bu bizə qarşı  yeridilən siyasətin bütün üz üzünü açır.Mənim, uzun illərdir bu mövzuda oxuduqlarım çoxsaylı kitablardan,araşdırmalardan gəldiyim  nəticə odur ki,bu gün bütün Ermənistan ayağa durub deyə ki,biz türklərlə barışmaq istəyirik,rus qoymaz,ingilis qoymaz, ,amerikan qoymaz,Vatikan qoymaz,digəri qoymaz….

O millət  bədbəxtdir ki,onun Zori Balayan kimi ideoloqu var.

Azərbaycanlı qadının qarnını yarmaq kimi vəhşilik edən  Sarkisyan  necə prezident ola bilir?Belə millət necə mədəni sayıla bilər?!Millətlər arasında xüsusi olaraq süni surətdə nifrət yaradırlar.

İndi ermənilərin yaxşı təşkilatlanması məsələsinə qaldıqda isə onu deyim ki,bu təşkilatlanma başqaları tərəfindən təşkil olunur,təkcə ermənilərin pulları hesabına yox.

(ardı var)

Söhbətləşdi: İmran Kərimli

Bizimsesimiz.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=117856

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930