“Qarabağ” Azərbaycan çempionu oldu – VİDEO

23.04.2018 - 10:33

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə “Sumqayıt”ın qonağı olub.

XəzərXəbər-in məlumatına görə, oyun qarşılıqlı hücumlar əsnasında başlayıb. Matçın 34-cü dəqiqəsində “Qarabağ” hesabı açıb. Dani Kintana cərimə zərbəsindən möhtəşəm qolla yadda qalıb.

İlk hissə “Qarabağ”ın 1:0 hesablı qələbəsiylə başa çatıb.

İkinci hissədə meydan sahibləri təzyiqi artırsa da, “Qarabağ” inamlı oyunuyla yadda qalıb və bu matçda 1:0 hesablı qələbə qazanıb.

“Qarabağ” bu qələbəylə xallarının sayını 59-a çatdıraraq ən yaxın izləyicisi “Qəbələ”ylə xal fərqini 17-yə çatdırıb. Sona IV tur qalmış”Qarabağ” ümumilikdə 6-cı, ardıcıl 5-ci çempionluğunu qazanıb. İlk dəfə 1993-cü ildə qızıl medallara yiyələnən ağdamlılar 2013/14, 2014/15, 2015/16, 2016/17 mövsümlərinin ardından 2017/18 mövsümündə də hamıdan güclü olub. Qurbanovun komandası həm də ardıcıl qızıl medal sayında öz rekordunu yeniləyib.

Qeyd edək ki, ümumilikdə 8 komanda qızıl medallara sahib olub və “Qarabağ” çempionluq sayında yalnız “Neftçi”dən geri qalır. Bakılılar 8, Ağdam klubu 6 dəfə yarışın qalibi olubsa, “Kəpəz”in 3, “Şəmkir”, “Keşlə” (“İnter” adlandığı vaxt) və “Bakı”nın hərəyə 2, “Turan”la “Xəzər Lənkəran”ın hərəyə 1 çempionluğu var.

Mövsüm Çempion
1992 “Neftçi”
1993 “Qarabağ”
1993/94 “Turan”
1994/95 “Kəpəz”
1995/96 “Neftçi”
1996/97 “Neftçi”
1997/98 “Kəpəz”
1998/99 “Kəpəz”
1999/2000 “Şəmkir”
2000/01 “Şəmkir”
2001/02 yarımçıq qalıb
2002/03 Keçirilməyib
2003/04 “Neftçi”
2004/05 “Neftçi”
2005/06 “Bakı”
2006/07 “Xəzər Lənkəran”
2007/08 “İnter”
2008/09 “Bakı”
2009/10 “İnter”
2010/11 “Neftçi”
2011/12 “Neftçi”
2012/13 “Neftçi”
2013/14 “Qarabağ”
2014/15 “Qarabağ”
2015/16 “Qarabağ”
2016/17 “Qarabağ”
2017/18 “Qarabağ”

Eyni saatda start götürən “Neftçi” – “Qəbələ” görüşündə isə meydan sahibləri qalib gəlib. Ruslan Abışovun 4-cü dəqiqədə vurduğu qolla Azərbaycan Kubokunun yarımfinalında uduzduğu rəqibini üstələyən “ağ-qaralar” xallarını 37-yə çatdırıblar və “Zirə”ni keçərək, 4-cü pilləyə yüksəliblər.

İlk oyun günündə “Keşlə” “Zirə”ni 2:1 hesabı ilə məğlub edib. Bu gün baş tutmuş “Səbail” – “Kəpəz” qarşılaşmasında isə qalib müəyyənləşməyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=117894

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930