Özbəkistanda məktəbli qızların bakirəliyi yoxlanılır

27.04.2018 - 13:40
Özbəkistanın Əndican şəhərinin məktəblərində kütləvi şəkildə qız şagirdlərin bakirəliyi yoxlanılır.
Bu barədə “Azadlıq” radiosunun Özbəkistan xidməti, məktəblərdən birinin direktoruna istinadən məlumat yayıb.
Mənbə bildirib ki, həkimlər məktəblərə bir-bir baş çəkərək, bütün qız şagirdləri USM müayinədən keçirir. Prosedura görə şagirdlərin hər birindən üç min özbək sumu yığılır.
Kütləvi müayinələrə, həkimə müraciət edən 13 yaşlı qızın hamiləliyin 18-ci həftəsində olmasının aşkarlanması yola açıb.
Məlum olub ki, yeniyetməni Rusiyada işləyən 60 yaşlı xalası əri zorlayıb. Həmin şəxsə qarşı Özbəkistanın CM-nin 118-ci maddəsi üzrə (“Zorlama”) cinayət işi açılıb. Təqsiri məhkəmədə sübuta yetiriləcəyi təqdirdə onu 20 ilə qədər həbs cəzası gözləyir.(oxu.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=118167

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728