Sabahdan ibtidai siniflər üçün 5 günlük tətil başlayır

30.04.2018 - 09:59

Sabahdan – mayın 1-dən Azərbaycanın ümumtəhsil məktəblərində ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır.

“Report” xəbər verir ki, tətil mayın 5-də başa çatacaq. İbtidai siniflər üçün dərslər mayın 6-da başlayacaq.

Xatırladaq ki, “Formula-1″ üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilib. Yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1 – 5 maydakı yaz tətilinin 24 – 30 aprelə keçirilməsi, 5 – 11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.

Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil — 15 sentyabr-26 yanvar; ikinci yarımil — 1 fevral-14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.

Short URL: http://www.cumhuriyyet.net/?p=118252

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728