Bakıda olan dünya ulduzu Azərbaycanın qara kürüsündən danışdı (FOTO)

30.04.2018 - 16:21

“Brit Awards 2018” müsabiqəsinin ikiqat qalibi Dua Lipa ötən gün Bakı Kristal Zalında səhnəyə çıxıb. 

BAKU.WS-in məlumatına görə, məşhur müğənni İnstagram hesabında Bakıdan fotolar paylaşıb. Şəkillərindən birində dünyanın ən qiymətli delikateslərindən olan qara kürü ilə fotosunu paylaşıb. Müğənni Azərbaycanda olduğunu və Xəzərin qara kürüsünü nümayiş etdirib.

Qeyd edək ki, dünya musiqisində özünəməxsus yerə malik ifaçılardan biri olan Dua Lipa 2018 Formula 1 Azərbaycan Qran Prisi başa çatdıqdan sonra axşam saatlarında keçiriləcək konsert proqramında çıxış edərək Bakıda gərgin mübarizə və əyləncə fonunda baş tutacaq möhtəşəm yarış həftəsonuna öz damğasını vurub.

Biletləri tamamilə satılan konsertləri və hit mahnıları ilə 2017-ci ili başa vuran Dua Lipa 8,5 milyon sinql və 1,5 milyon albom sataraq, ötən il “Spotify”-da ən çox dinlənilən britaniyalı qadın ifaçı adına layiq görülüb.

Duanın “YouTube”-da baxış sayı 1 milyardı keçən “New Rules” adlı mahnısı Böyük Britaniya mahnı çartlarında 2 həftə 1-ci yerdə olmuşdur. Bununla da müğənni 2015-ci ildən bəri Adeldən sonra Böyük Britaniyada 1-ci pillədə qərarlaşan ilk solo qadın ifaçıdır.

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=118290

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728