İlk finalçı “Real” oldu-VİDEO
Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin ilk cavab qarşılaşması keçirilib.
“Real” “Santyaqo Bernabeu”da “Bavariya”nı qəbul edib. Münhendə rəqibi üzərində 2:1 hesabı ilə qalib gələn son çempion “Real” ardıcıl 3-cü dəfə finala adlamağa nail olub.
Gərgin mübarizə şəraitində keçən qarşılaşma qollu bərabərliklə yekunlaşıb. Nəticədə “Real” finala adlayıb və ardıcıl 3-cü dəfə Çempionlar Liqasının qalibi olmaq şansını davam etdirib.
Çempionlar Liqası
Yarımfinal (cavab oyunları)
1 may
“Real” – “Bavariya” – 2:2
Qollar: K. Benzema, 11, 46 – Y. Kimmix, 3; H. Rodriges, 63
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Madrid, “Santyaqo Bernabeu” stadionu
İlk oyun – 2:1
“Real” (İspaniya): 1. Keylor Navas, 4. Serxio Ramos (k), 5. Rafael Varan, 12. Marselo, 17. Lukas Vaskes, 10. Luka Modriç, 23. Mateo Kovaçiç (14. Kasemiro, 73), 20. Marko Asensio (6. Naço, 88), 8. Toni Kroos, 7. Kriştianu Ronaldo, 9. Kərim Benzema (11. Qaret Beyl, 72)
Ehtiyat oyunçular: 13. Kiko Kasilya, 15. Teo Ernandes, 24. Dani Sebalyos, 21. Borxa Mayoral
Baş məşqçi: Zinəddin Zidan
“Bavariya” (Almaniya): 26. Sven Ulrayx, 4. Niklas Süle, 5. Mats Hummels, 27. David Alaba, 32. Yozua Kimmix, 6. Tiaqo Alkantara, 24. Sorentin Tolisso (2. Sandro Vaqner, 74), 11. Hames Rodriges (8. Xavi Martines, 84), 25. Tomas Müller (k), 7. Frank Riberi, 9. Robert Levandovski
Ehtiyat oyunçular: 22. Tom Ştark, 30. Niklas Dorş, 19. Sebastian Rudi, 15. Lars Lukas Mai, 13. Rafinya
Baş məşqçi: Yupp Haynkes
Short URL: http://www.cumhuriyyet.net/?p=118351