Abid Şərifovun ailəsində FACİƏ

04.05.2018 - 16:13

Prezident seçkilərindən sonra baş nazirin müavini vəzifəsindən azad edilən Abid Şərifovun ailəsində faciəvi hadisə yaşanıb.

Cumhuriyyet.net bakupost-a istinadən xəbər verir ki, A. Şərifovun qardaşı oğlu yol qəzası nəticəsində həyatını itirib. Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Belə ki, mayın 2-də saat 13:00 radələrində Zahid Şərifov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun kənarındakı evin hasarına, sonradan isə qaz borusuna çırpıb.

Nəticədə Z. Şərifov və avtomobildəki Elçin Tağıyev hadisə yerindəcə ölüb, digər 2 sərnişin isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=118439

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728