Bakının məşhur restoranında fırıldaq – Diqqətli olun!

10.05.2018 - 13:45

Bakıda fəaliyyət göstərən məşhur restoranlardan birində fırıldaqçılıq edildiyi bildirilir.

Minval.info xəbər verir ki, paytaxtın Nizami küçəsində (“Tarqovı”) yerləşən “Araz” kafedə müştərilərin aldadıldığı söylənilir.

Belə ki, jurnalist Elçin Cəlilov yaxınları ilə birgə sözügedən restoranda olublar. Onlar yemək yedikdən sonra ofisiant hesabı gətirib.

“Kitabçanı açıb görürəm ki, vərəqdə qələmlə nələrsə alt-alta yazılıb və ən aşağıda da 52 rəqəmi. Normalda bu tip restoranlarda belə olmur, çekdə çap ilə masaya gələn hər şeyin adı və qiyməti, bir də yekun hesab yazılır. Həm də hesabın 52 manat olmasına inanmadım” – Elçin bəy qeyd edib.

O, bundan sonra kassaya yaxınlaşıb hesabı kartla ödəmək istədiyini söyləyib:

“Masaya gətirilənlərin siyahısını qiymətləriylə çıxarılmasını istədim. Gördüm, qadın ofisiant kitabçanı masamızdan götürdü və sürətlə kassaya tərəf gəlir. Çatdı və açdı kitabçanı, həmin kağızı da əks üzünə çevirib, qoydu”.

Məlum olub ki, hesab yazıldığı kimi 52 manata bərabər deyil və masaya gətirilən yeməklərin qarşılığında 40 manat ödənilməlidir.

Похожее изображение

E.Cəlilov mübahisə etmədən hesabı ödəyib, ardınca kassirə bunun fırıldağa oxşadığını bildirib və nəyə görə belə etdiklərini soruşub:

“Niyə belə edirsiniz? Kağızın bir üzündə çapla hər şey yazılıbsa, o biri üzündəki qələmlə yazılanlar və “52” nə deməkdir? Özünü itirmiş halda dedi ki, bu, masanızın nömrəsidir. Dedim, masamız 63-dür, həm çekə qələmlə masanın nömrəsini yazmağa nə gərək? Yazmısınızsa, onda çekin qələmlə yazılmış üzünü niyə qoyursunuz? Mən bəlkə çaşıb, 52 manat ödəyəcəkdim?”

Onun bu suallarından sonra kassir heç bir cavab verə bilməyib və Elçin bəy restorandan çıxıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=118638

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728