İsmayıllıda Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Kitab bayramı”-FOTO

11.05.2018 - 12:35

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar bütün yaşayış məntəqələrini, ümumtəhsil  məktəblərini, idarə, müəssisə və təşkilatları əhatə edən məzmunca zəngin, formaca rəngarəng tədbirlər keçirilib. May ayının 10-da şəhər əhalisi Ulu öndərin Mərkəzi meydandakı abidəsini ziyarət edib. Rayon icra hakimiyyəti adından abidənin önünə əklil qoyulub. Ziyarətdən sonra Dövlət Himni səslənib. RİH-nin başçısı Mirdaməd Sadıqov iştirakçılarla birgə “Kitab bayramı” çərçivəsində təşkil edilmiş kitab sərgisi ilə tanış olub, uşaq bağçaları və ümumtəhsil müəssisələrinin milli mənəvi,
etnoqrafik və tarixi dəyərləri təcəssüm etdirən lövhələrinə, ifa olunan rəqslərə, 4 saylı məktəbin şagirdlərinin asfalt üzərində çəkdikləri rəsm işlərinə baxıb. Mədəniyyət mərkəzinin təşkil etdiyi konsert bayram iştirakçıları tərəfindən maraqla qarşılanıb. “Kitab bayramı”nda fəal iştirakları ilə İsmayıllı sakinləri Ulu öndərin xatirəsini daim əziz tutduqlarını, onun müəyyən etdiyi yüksəliş yollarına sadiq olduqlarını bir daha nümayiş etdiriblər.

Cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=118677

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031