İsmayıllının Cülyan kəndində uşaq bağçası binasının açılışı olub – FOTO

11.05.2018 - 13:45

10 may 2018-ci il tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü günü keçmiş məktəb binası əsaslı təmir və yenidənqurmadan sonra Cülyan kənd uşaq bağçasının istifadəsinə verilib. Məktəbəqədər müəssisənin açılışında rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, YAP rayon təşkilatının sədri, RİH başçısının müavini Sevil Əhmədova və ictimaiyyətinin nümayəndələri iştirak edib.
Cumhuriyyet.net  xəbər verir ki, tədbirdə rayon təhsil şöbəsinin məsləhətçisi Şəfaqət Rəsulov və digər çıxış edənlər ölkə rəhbərinə regionlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Bağça uşaqlarının ifasında Ulu öndərə həsr olunmuş şeirlər dinlənilib. Sonda RİH-nin başçısı Mirdaməd Sadıqov və qonaqlar uşaqlar üçün yaradılmış şəraitlə tanış olublar.

Onu da qeyd etmək lazımdır ki, rayonla, təhsillə əlaqəsi olmayan bəzi işbazlar əvvəllər məktəb binasını əhatəsində olan torpaq sahəsi ilə birgə özəlləşdirmək istəyiblər. Lakin rayon icra hakimiyyətinin təkidli mövqeyinin nəticəsi olaraq məktəb binası uşaq bağçası kimi körpələrin ixtiyarına verilib. Onlar köhnəlikdən, darısqallıqdan çıxıb, nümunəvi şəraitə qovuşublar.

Short URL: http://www.cumhuriyyet.net/?p=118697

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728