Füzulidə pambıq, barama və taxılçılığa həsr olunan müşavirə keçirildi-FOTO

14.05.2018 - 12:12

Prezident cənab İlham Əliyevin respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun bu sahələrin hesabına təmin olunması barədə verdiyi göstəriş və tapşırıqlarına uyğun olaraq Füzuli rayonunda strateji məhsul olan taxılçılıq, pambıqçılıq və baramaçılığın inkişafına xüsusi diqqət yetirilir, məhsul bolluğu yaradılması istiqamətində ciddi işlər görülür. Bu məqsədlə Füzuli rayon İcra Hakimiyyətində aidiyyəti xidmət təşkilatlarının, icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və kənd təsərrüfatı üzrə mütəxəssislərin iştirakı ilə müşavirə keçirilmişdir.

Müşavirədə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, yeni iqtisadi mərhələdə respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə, ixrac tutumlu sahələrin, o cümlədən pambıqçılığın və baramaçılığın inkişafı əsas yer tutur. Çünki pambıqçılıq və baramaçılıq həm gəlirli sahədir, həm də yeni iş yerlərinin açılması deməkdir.

Alı Alıyev müşavirə iştirakçılarına pambıq istehsalında məhsuldarlığın arıtılması ilə bağlı ciddi tapşırıqlar verib. Bildirib ki, yüksək məhsuldarlıq əldə etmək üçün pambıq sahələrinə aqrotexniki qulluq göstərilməli, suvarılma optimal müddətdə aparılmalıdır.

Müşavirədə rayonda ipəkqurdunun vəziyyəti, ipəkqurdu saxlayan kümçülərin qarşılaşdıqları problemlər müzakirə olunub, aidiyyəti şəxslərə konkret tapşırıqlar verilib. Tapşırılıb ki, ipəkqurdu saxlayan kümçülərlə mütəmadi olaraq görüşlər keçirilsin, barama saxlanılan yerlərə baxış keçirilsin, onlara əməli dəstək göstərilsin.

Müşavirədə həmçinin qarşıdan gələn taxıl biçininə hazırlıq, taxıl biçən kombaynların vəziyyəti, taxıl biçinin qısa müddətdə və itkisiz başa çatdırlması ilə bağlı fikir mübadiləsi aparılıb.

Cumhuriyyet.net

 

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=118802

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031