Günay İbrahimlini ”Bandotdel” apardı – Həbs edilə bilər

14.05.2018 - 17:24

Azərbaycanın populyar müğənnisi Günay İbrahimli həbs oluna bilər.

Cumhuriyyet.net xəbər verir ki, Criminal.az saytına etibarlı mənbədən verilən məlumata görə, artıq müğənni və anası bir neçə dəfə Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb.

Xanım sponsoru Günay İbrahimli külli miqdarda pulunu mənimsəməkdə ittiham edir. İş adamı Nuriyyə Əhmədova ”Bandotdel”ə yazdığı şikayət ərizəsində göstərib ki, G.İbrahimlinin klip çəkilməsi, yeni mahnıları, telekallarda reklamı üçün 300 min manata qədər pul xərcləyib. Lakin müğənni həmin məbləği geri qaytarmayıb.

Şikayət əsasında G.İbrahimli və anası idarəyə çağırılaraq izahatı alınıb. Günay izahatında N.Əhmədovaya 17 min, anası isə 20 min manat borclu olmaları ilə bağlı ziddiyətli ifadələr veriblər. Hazırda BMCMİ-də araşdırma aparılır, şahidlər dindirilir.

Onu da bildirək ki, N.Əhmədova məhşur iş adamıdır. Azərbaycandakı tekstil biznesininin böyük hissəsində payı var.

Short URL: http://www.cumhuriyyet.net/?p=118832

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728