Ekspert: “Yeni nazir quzunu qucağında tutmaqla ilk addım atıb?”

22.05.2018 - 12:55

Kənd təsərrüfatı üzrə ekspert: “Hökümətin apardığı siyasət nəticəsində get-gedə örüş sahələri azalır, yem istehsalı azalır”

“Azərbaycanda göstərilən 2 milyon 400 min hektar örüş sahəsinin demək olar ki, 35 faizi işğal altındadır və işğal olunmuş rayonlara yaxın məsafədədir. Həmin örüş sahələrindən bizim kəndlilər istifadə edə bilmir”.
Bu sözləri kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov ölkənin heyvandarlıq sahəsindəki vəziyyəti  şərh edərkən deyib.
Kənd təsərrüfatı haqda 10 ildən çoxdur ki, iqtisadiyyatın qeyri-neft sektorunun priroitet sahəsi kimi danışılsa da hələlik bu sahədə uğurlar o qədər də nəzərəçarpan deyil. Məsələn Azərbaycan Rusiya, Qazaxıstan bazarlarını süd məhsulları ilə təmin etməkdə çətinlik çəkir və həmin sahəni Belarus istehsalçıları tutublar. Səbəb kimi isə Azərbaycan süd məhsullarının maya dəyərinin çox yüksək olmasını göstərilir. Halbuki son illər kənd təsərrüfatı sahəsinin inkişafı üçün lazımı qədər vəsait ayrılıb və müəyyən güzəştlər edilib. Buna baxmaraq  Azərbaycanda kənd təsərrüfatı sahəsindəki bu cür çatışmamazlıqları aradan qaldırmaq mümkün olmayıb. O da məlumdur ki, regionda ən baha ət Azərbaycandadır.
Heyvandarlıqla bağlı yerli istehsalın həcminin artırılmasına və daha ucuz malların bazara çıxarılmasına hansı amillər mane olur və bu problemlərin həlli üçün ilk növbədə hansı addımlar atılmalıdır? Yeni nazirin atdığı ilkin addımlar barədə nə demək mümkündür?
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmova müraciət edib.
Image result for vahid məhərrəmov
Azərbaycanda kənd təsərrüfatı sahəsinin problemli olduğunu vurğulayan eksperti Vahid Məhərrəmova görə, çalışmaq lazımıydı ki, örüş sahələrində aqrotexniki qaydalara əməl olunsun məhsuldarlıq artsın. Yəni az sahədə daha çox heyvan saxlamaq mümkün olsun:
“İlk növbədə kənd təsərrüfatında mövcud olan problemlər dərindən öyrənilməlidir. Bizim apardığımız araşdırmalar onu göstərir ki, bu sahədə ciddi problemlər var. Bu gün ölkədə heyvanların baş sayı kifayət qədərdir. Yəni ölkədə həm iri, həm də xırda buynuzlu heyvanlar əhalini ətlə təmin edə biləcək saydadır. Həmçinin əhalini süd məhsulları ilə də tam təmin etmək olar. Amma ölkədə kifayət qədər yem bazası yaradılmır, örüş sahəsə azdır. Azərbaycanda göstərilən 2 milyon 400 min hektar örüş sahəsinin demək olar ki, 35 faizi işğal altındadır və işğal olunmuş rayonlara yaxın məsafədədir. Həmin örüş sahələrindən bizim kəndlilər istifadə edə bilmir. Yəni bir tərəfdən yem bazası zəifdir, digər tərəfdən də örüş sahələri azdır. Bu amillər imkan vermir ki, ölkədə saxlanılan heyvanlar normal inkişaf etsin və onlardan normal şəkildə ət, süd almaq mümkün olsun.
Bu gün əsas problem yem istehsalındadır. Çox təəssüflər olsun ki, bu problem olduğu halda digər tərəfdən hökümətin apardığı siyasət nəticəsində get-gedə örüş sahələri azalır, yem istehsalı azalır. Bu da onunla bağlıdır ki, əvvələr yemçilikdə istifadə olunan ərazilər, xüsusən yonca əraziləri indi pambıq əkininə verilib. Hətta 150 min hektara yaxın örüş sahəsi taxıl, pambıq əkini üçün istifadəyə verilib. Yəni dövriyyədən çıxarılıb. Bunların nəticəsidir ki, son iki ildə həm ət idxalı ciddi şəkildə artıb, həm də kəsim üçün gətirilən diri heyvan idxalı kifayət qədər artıb. Hətta keçə illə müqayisədə bu ilin 4 ayında diri heyvan idxalı 2 dəfəyə yaxın artıb. Amma son 5 ildə ət idxalı 2013-cü illə müqayisədə 2 dəfə, diri heyvan idaxlı 3 dəfə artıb.
O da qeyd edilməlidir ki, süd məhsullarının idxalı da artır. Bu da ondan xəbər verir ki, hakimiyyətin apardığı yanlış siyasət nəticəsində bu sahədə problem daha da dərinləşir. Çalışmaq lazımıydı ki, örüş sahələrində aqrotexniki qaydalara əməl olunsun, məhsuldarlıq artsın. Yəni az sahə daha çox heyvan saxlamaq mümkün olsun. Onsuz da bu sahə Azərbaycanda problemli sahədir. Digər tərəfdən də hakimiyyət ya bilməzdən, ya da bilərəkdən bu sahədə problem yaradır.
Yeni nazir nə ilk addım atıb ki? Quzunu qucağında tutmaqla ilk addım atıb? Quzunu qucaqda tutmaqla onun çəkisini artırmaq mümkün deyil. Yəni nazir quzunu qucağına alırsa, traktor sürürsə, bununla kəndə təsərrüfatının problemləri həll olunmaz. Yeni nazir bu sahənin mütəxəssisi deyil. Düşünmürəm ki, yeni nazir rayonlara gedəndə hansı işlərin görülməli olduğu haqqında danışa bilsin. Çünki bu sahə onun bilgi və peşəkarlıq sahəsinə aid deyil. Nazir bu sahədən bixəbərdir və bu sahə olduqca mürəkkəbdir. Kənd təsərrüaftı sahəsində həm həkim, həm də aqranom olmaq lazımdır. Bu sahənin mürəkkəbliyi digər sahələrlə müqayisə olunacaq dərəcədə deyil.
Kənd təsərrüfatı sahəsinə qeyri-peşəkar birinin gətirlməsin onunla əsaslandırırlar ki, misal üçün filan ölkədə müdafiə naziri qeyri-peşəkar və üstəlik qadındır. Amma bilmirlər ki, həmin ölkələrdə sistem oturuşub. Azərbaycanda isə kənd təsərrüfatının problemləri  çoxdur. Yəni indiki nazir güclü menecer ola bilər. Onun ASAN Xidmətdəki uğurları da təqdirə layiqdir. Amma kənd təsərrüfatı sahəsi yuxarıda da qeyd elədiyim kimi, mürəkkəb sahədir və Azərbaycanda bu sahə sistemləşmədiyinə görə bu sahəyə sektorun peşəkar mütəxəssisi rəhbərlik etməlidir Ona görə ki, bu sahəni sistemə salmaq lazımdır. Sistemə salındıqdan sonra isə istənilən şəxs səhəni idarə edə bilər. Nazir peşəkar olmadan ətrafına yaxşı mütəxəssis yığa bilməz. Nazirin ətrafında yaxşı mütəxəssis olmasa, o sistemi qura bilməyəcəklər. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq bu sistemi qurmaq lazımdır və o zaman görəcəyik ki, nazirə belə ehtiyac olmadan kənd təsərrüfatı inkişaf edir”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=119198

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930