İsmayıllının Qalınçaq kəndində Cümhuriyyətin 100 illiyi bayram edilib-FOTO

22.05.2018 - 18:31

“Qeyd edilib” o səbəbdən yazılmadı ki, Qalınçaq tam orta məktəbində Ərazi İnzibati dairə üzrə nümayəndəliyin, Qalınçaq bələdiyyəsinin iştirakı və tam orta məktəbin təşkilatçılığı ilə Cümhuriyyətə layiq əsil bayram şənliyi yaşanıb.

Qalınçaq kəndinin ağsaqqallarının, veteranlarının, ziyalılarının, yuxarı sinif şagirdlərinin, müəllimlərin, müxtəlif  təşkilatlardan gələn qonaqların iştirakı ilə akt zalında keçirilən bayram tədbirini məktəbin direktoru Xalid Seyidov açıb. Dövlət Himni səslənib və oxunub. Aparıcılar tədbir boyu Demokratik Cümhuriyyətin yaranması tarixindən, onun keçdiyi yoldan, süqutu səbəblərindən, müstəqilliyimizin əbədiliyi yolunda ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən və Azərbaycanın sürətli inkişafının yüksək nailiyyətlərindən danışıblar.

Cümhuriyyətin tarixi ilə müasir Respublikamızın uğurlarının sintezindən ibarət olan film nümayiş etdirilib. Vətənə, bayrağa, Azərbaycana, ümummilli liderə həsr olunmuş şeirlər, mahnılar səslənib.

IX sinif şagirdi Nurcan Musayevanın səhnələşdirilmiş formada təqdim etdiyi “Bayraq” şeiri öz möhtəşəmliyi ilə iştirakçıları ayağa qaldırıb.

Sözə yer qoymayan Nurcanın çıxışından sonra bayram tədbiri yekunlaşıb.

Cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=119213

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930