Deputat “Quran”ı məhkəməyə verdi

23.05.2018 - 08:17

Belçikanın keçmiş gözəllik kraliçası, vəkil, senator Mariya Van Dermeş müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”lə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyini deyib. Publika.az xəbər verir ki, o, bu barədə ölkəsinin “De Zondag” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, “Qurani-Kərim” Avropa İnsan Haqları Bəyannaməsinə ziddir. Kitabdakı ayələrdə kafirlərin öldürülməsinin əmr edildiyinə istinad edən Van Dermeş müqəddəs kitabda zorakılıq çağırışları edildiyini qeyd edib.
BBC-də yer alan xəbərə görə, beliçikalı senator kitabın yaratdığı təhlükəyə görə toplumu xəbərdar etmək üçün məhkəməyə müraciət edəcəyini bildirib. Lakin o, “Qurani-Kərim”in qadağan edilməsini deyil, kitabın Avropa İnsan Haqları Bəyannaməsinə uyğun yenidən nəzərdən keçirilməsini tələb edəcək. Vəkil ona edilən tənqidlərə qarşı bildirib ki, İslam dininə qarşı hər hansı fobiyası yoxdur. Sadəcə kitabda yer alan qadına qarşı ayrı-seçkilik, zorakılıq və təcavüzün müdafiə edilməsinə qarşıdır. Van Dermeşə görə, müsəlman qadınların əksəriyyəti sosial təzyiq səbəbilə hicab geyinmək məcburiyyətindədir. Buna görə də 18 yaşından kiçik qadınların hicab geyinməsinin qadağan edilməsini istəyəcək. Vəkilin “Qurani-Kərim”lə bağlı bu qərarı radikal sağ partiyasında müsabət qarşılanıb. Lakin mühafizəkar xristianlar sərt reaksiya verib. İslamı Avropa üçün “ən böyük risk” kimi dəyərləndirən vəkil bir neçə həftə öncə yayımlanan kitabı ilə müzakirə obyektinə çevrilmişdi. Belçikalı senatorun xatirələrini qələmə aldığı “A.N.K.E, politiek in correct” kitabının üz qabığında qrımızı hündürdaban ayaqqabı ilə “Qurani-Kərim”in üzərinə basan qadın təsvir edilmişdi. Qeyd edək ki, Van Dermeş hüquq təhsili aldıqdan sonra Belçika Federal Parlamnetində senatorluqla yanaşı, Flaman Parlamentində də millət vəkili vəzifələrini daşıyır

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=119253

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930