Sumqayıtda 11 saylı məktəbdə Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olunub

24.05.2018 - 23:17

Məlum olduğu kimi bu günlərdə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. 28 may Respublika Günü münasibəti ilə Sumqayıt şəhər 11 saylı məktəbdə silsilə tədbirlər təşkil olunaraq keçirilir. Bu gün münasibəti ilə elmi-praktik konfranslar, dəyirmi masalar, inşa yazıları, rəsm, şeir müsabiqələri təşkil edilmiş, divar qəzetləri buraxılmışdır.
25 may 2018-ci il tarixdə Sumqayıt şəhər 11 saylı tam orta məktəbdə 28 May-Respublika Günü qeyd edilib. Tədbirdə qonaq kimi şəhərin tanınmış şəxsləri, məktəb direktorları, ziyalılar iştirak edirdilər. Hələ tədbirdən öncə məktəb binasının foyesində şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi izləyənləri heyrətə saldı.
Bayramsayağı bəzədilmiş akt zalında keçirilən tədbiri məktəbin direktoru İlahə Həsənova açaraq qonaqları salamlamış və onları məktəbin şagirdlərinə təqdim etmişdir. İ.Həsənova bildirmişdir ki, 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Yaradılmasından 23 ay keçəndən sonra – 1920-ci il aprelin 28-də rus-bolşevik ordusu tərəfindən müstəqil Azərbaycan dövlətinin fəaliyyətinə son qoyulmuşdur. Yalnız 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi elan etmiş və dövlət müstəqilliyimiz yenidən bərpa olunmuşdur.
Tədbirdə iştirak edən qonaqlar məktəblilərə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü müstəqil dövlətimizin layiqli vətəndaşları olmalarını arzulamış və bunun üçün yaxşı oxumalarını tövsiyə etmişlər. Tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=119357

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930