Tanınmış həkimdən “Grand Hospital”dakı kütləvi ixtisarlara ETİRAZ

26.05.2018 - 12:33

Tanınmış həkim Vaqif Qarayev “Grand Hospital”da həkimlərin kütləvi şəkildə ixtisarına etirazını bildirib.

BakuPost xəbər verir ki, məşhur pediatr özünün feysbuk səhifəsində yerli həkimlərin klinikadan qovularaq başqa ölkənin həkimləri ilə əvəz edilməsinin heç bir məntiqə uyğun olmadığını qeyd edib: “”Grand Hospital” rəhbərliyi yerli həkimləri bayıra atıb əvəzində isə Türkiyədən mütəxəssis gətiriblər. 1983-cü ildə Moskvada bir gənc gürcü əsilli cərrah bütün dünyada sensasiya doğuracaq əməliyyat etmişdi – 3 yaşlı qızcığazın amputasiya olunmuş ayaqlarını yerinə tikə bilmişdi!!! Sonralar gürcülərin padşahı Qamsaxurdia onu ölkəsinə gətirmişdi. Gürcü həkimi rusun adına işləməməlidi deyə. Bu klinikada ola bilər düzgün getməyib. Amma yerli həkimləri kütləvi olaraq işdən qovub başqa ölkədən həkim gətirmək normal məntiqə sığmır. 2018-ci ildi…Bizim peşəkar həkimlərimiz var axı! Özümüz özümüzü niyə aşağılayırıq?!”

Xatırladaq ki, bir neçə gün öncə “Grand Hospital” rəhbərliyinə Yalçın adlı Türkiyə vətəndaşı olan yeni direktor gətirilib və bundan sonra klinika həkimləri kütləvi şəkildə işdən çıxarılmağa başlanılıb. Klinikada işləyən həkimlər rəhbərliyə müraciət etdikdə isə rəhbərlik daha onlarla işləmək istəmədiklərini, yerlərinə Türkiyədən həkim gətirdiklərini bildiriblər. Sonradan məlum oldu ki, Klinika bütövlükdə satılıb və ad da dəyişdirilib: “Grand Hospital” “EGE hospital” olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=119458

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930