İsmayıllıda Cümhuriyyətin yaranmasının 100 illiyinə həsr olunmuş möhtəşəm tədbir

26.05.2018 - 14:57

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın-Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Xalqımızın tarixində əlamətdar günlərdən olan  AXC-nin yaranmasının 100-cü ildönümü respublikamızda, eləcə də ölkəmizin hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunur.

Mayın 26-da İsmayıllıda Azərbaycanın istiqlaliyyət gününün 100 illiyinə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilib. Tədbirdə RİH-nin rəhbərliyi və aparat işçiləri, ictimaiyyət nümayəndələri, idarə və müəssisə rəhbərləri, ağsaqqallar və gənclər, ziyalılar, müharibə və əmək  veteranları iştirak ediblər.

İlk növbədə iştirakçılar  şəhər Mədəniyyət Mərkəzinin foyesində istiqlal tariximizi əks etdirən sərgiyə baxıblar.Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi, Əməkdar müəllim Ramiz Baloğlanov AXC-nin 100 illiyi ilə əlaqədar məruzə edib.

Tircan kənd tam orta məktəbinin tarix müəllimi Gülyanaq Əliyeva, pensiyaçı tarix müəllimi  Xalid  Mürşüdov dövlətçilik tariximizdən, müstəqil Azərbaycan Respublikasının bu günkü yüksəliş və inkişafından, ümummilli lider Heydər Əliyevin siyasi kursunu yaradıcılıqla davam etdirən cənab Prezident İlham Əliyevin uğurlu siyasətindən bəhs ediblər.

Bayrağa, dövlətə, tariximizlə bağlı bəzi məqamlara, ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlərin,mahnıların ifası tədbirə möhtəşəmlik,mübarizlik ruhu gətirib.

Qalınçaq tam orta məktəbinin IX sinif şagirdi Nurcan Musayevanın qiraətçi professionallığı ilə təqdim etdiyi “Bayraq” şeiri bütün salonu ayağa qaldırıb.

İsmayıllılar tariximizin şərəfli Cümhuriyyət  səhifəsindən gələn möhtəşəm bayram sevinci yaşayıblar.

Cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=119470

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930