Zeynal Məmmədli: “İTV alışdığımız ikinci AzTv oldu”

31.05.2018 - 14:31

Ekspert: “Təhsil sistemində olan problemlərdən tutmuş bütün sosial problemlər İTV-də müzakirəyə açıq olmalıdır”

“İTV-də elə verilişlər getməli idi ki, orada Azərbaycan xalqının bütün təbəqələrinin həyatı öz əksini tapmalı idi. İTV məhəlləlilərin, kəndlilərin, dindarların, ateistlərin  həyatından tutmuş müxtəlif təbəqələri n həyatını əks etdirən bir telekanal olmalı idi. İTV-nin fəlsəfəsində bu var idi, lakin reallıqda bunun şahidi ola bilmədik”.
Bu sözləri media eksperti Zeynal Məmmədli İTV baş direktor vəzifəsinə keçirilən seçkiləri şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.
Yaxın günlərdə İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktoru vəzifəsinə seçkilər keçiriləcək. Hazırda bu vəzifəyə iddialı olan 7 nəfərin adı açıqlanıb. Belə ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı – Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu sənədlərini təqdim edib. Demək olar ki, namizədlərin böyük əksəriyyətinin mətbuata və televiziyaya heç bir əlaqəsi yoxdur.
Azərbaycan xalqının vergiləri əsasında fəaliyyət göstərən İTV-nin baş direktoru vəzifəsində hansı peşəkar sifətlərə malik olan bir şəxsi görmək daha doğru olardı?
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı media eksperti Zeynal Məmmədlinin fikirlərini öyrənib.
Bu günə qədər İTV-nin fəaliyyətinin qənaətbəxş olmadığını vurğulayan media eksperti Zeynal Məmmədliyə görə,  bu kanalda sosial problemlərin həllinə dair verilişlər yayımlanmayacağı təqdirdə yeni baş direktorun fəaliyyəti də ciddi önəmə malik olmayacaq:
“Öncəliklə vəziyyəti Azərbaycan mediasının konteksində qiymətləndirmək lazımdır. Yəni, İTV-dən nə umulurdu və nə oldu? Elə bir veriliş yoxdur ki, sırf İTV-də yayımlansın. Halbuki İTV-də elə verilişlər getməli idi ki, orada Azərbaycan xalqının bütün təbəqələrinin həyatı öz əksini tapmalı idi. İTV məhəlləlilərin, kəndlilərin, dindarların, ateistlərin  həyatından tutmuş müxtəlif təbəqələri n həyatını əks etdirən bir telekanal olmalı idi. İTV-nin fəlsəfəsində bu var idi, lakin reallıqda bunun şahidi ola bilmədik. İTV alışdığımız ikinci AzTv oldu.
Adi bir misal çəkim sizə. Holland İctimai televiziyasında  bir veriliş gedirdi. Sosial təminat naziri parlamentdə pensiyaların artırılmasına qarşı çıxmışdı  və pensiyaların artırılmamasına dair qərar qəbul olunmuşdu. Bu qərara görə İctimai televiziyanın əməkdaşı nazirlə birlikdə dükanları gəzib və naziri bir pensiyaçının evinə aparıb. Pensiyaçının evinə əliboş getməmək üçün müəyən ərzaqlar almalı olmuşdular. Bu zaman nazirin davranışları diqqətə mərkəzində qalmışdı ki, nazir qiymətlərdən bixəbər idi. Hətta qiymətlərin bahalalığına dair müəyyən reaksiyaları da diqqət cəlb etmişdi. Daha sonra yanına getdikləri pensiyaçı qadın bildirmişdi ki, pensiyası ona cəmi 15 gün bəs edir. Nazir həmin pensiyaçı qadınla birlikdə yemək hazırladıqları zaman aralarında söhbət gedir və bu verilişin nəticəsi o oldu ki, nazir parlamentdəki çıxışının yanlış olduğunu  etiraf etmişdi. Onu da qeyd etmişdi ki, vəziyyətin bu cür olduğundan xəbərsiz idi. Təəssüf ki, bizim televiziyamızda bu cür verilişlər hazırlanmır.
Halbuki ölkədə çox ciddi şəkildə işsizlik hökm sürür. 35 yaşdan yuxarı olan insanlar iş tapmır. Səbəb isə gənc olmaqlarıdır. Cavanlar isə iş təcrübəsizliyindən dolayı işə götürülmür. Buna görə ölkədə 50-dən çox taksi şirkətləri fəaliyyət göstərir. İnsanlar  taksi sürücüsü kimi işləməklə, dolanırlar. Hətta bizim minimal əmək haqqımız xərclərimizi ödəmir. İctimai televiziya bu amilləri canlandırmalıdır. Eyni zamanda təhsil sistemində olan problemlərdən tutmuş bütün sosial problemlər  İTV-də müzakirəyə açıq olmalıdır.
İTV xalq üçün fəaliyyət göstərilməli olsa da, biz əksi  ilə üzləşirik. Hətta namizədlərin debatı da keçirilmir. Onsuz da kimin seçiləcəyi aydın məsələdir. Sadəcə namizədlər içərisində yalançı oyunçular var. Burada onun jurnalist və ya media təcrübəsinin olub-olmaması o qədər də önəm daşımır. Yuxarıda qeyd etdiyim kimi peşəkarların ərsəyə gətirdikləri sosial verilişlər olmadıqdan sonra kimin vəzifəyə gəlməsi heç bir şeyi həll etməyəcək”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=119680

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930