Azərbaycan yolları dünyada 36-cı, MDB-də 1-ci oldu

04.06.2018 - 13:41
Dünya ölkələrinin yolların keyfiyyəti üzrə reytinqi açıqlanıb

“Qlobal rəqabətqabiliyyətlilik 2017-2018” indeksinin versiyasına əsasən dünya ölkələrinin yollar üzrə siyahısı tərtib olunub.

Dünyanın 137 ölkəsinin daxil olduğu siyahıda yolların keyfiyyəti 7 ballıq şkala ilə qiymətləndirilib. Bununla yanaşı, ölkələrdən heç biri ən yüksək balı toplaya bilməyib.

Dünyanın ən pis yolları cəmi 2 bal yığa bilən Mavritaniyada qeydə alınıb. Onun ardınca hər biri 2,1 bal toplayan Konqo Demokratik Respublikası və Haiti gəlir.

Madaqaskar və Qvineya hər birinə 2,2 balla dördüncü və beşinci yerləri bölüşür. Sıyahıda növbəti yerlərin sahibi Yəmənə 2,3 bal, Paraqvay və Ukraynanın hər birinə 2,4 bal, Mozambik və Moldovanın hər birinə isə 2,5 bal verilib.

Birləşmiş Ərəb Əmirlikləri (6,4 bal), Sinqapur, İsveçrə (hər biri 6,3 bal), Honkonq (6,2 bal), Niderland, Yaponiya (hər biri 6,1 bal), Fransa, Portuqaliya və Avstriya (hər biri 6 bal), həmçinin ABŞ (5,7 bal) ən yaxşı yolları olan ölkələr kimi reytinqin ilk sıralarında qərarlaşır.

Azərbaycan bütün postsovet ölkələrini qabaqlayaraq siyahıda 36-cı yeri tutur. Yaxın qonşularımız olan Türkiyə 30-cu, İran 71-ci, Gürcüstan 82-ci, Ermənistan 85-ci, Rusiya 114-cü yerdədir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=119918

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2018
BE ÇA Ç CA C Ş B
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930