TƏSADÜFƏN OXUDUĞU ROMAN HƏYAT YOLDAŞI İLƏ YAZIÇI QADININ EŞQ MACƏRASI İMİŞ…

05.06.2018 - 16:31

36 yaşındakı F.G. 2 evli insanın qadağan olunmuş sevgisindən bəhs edən romanı oxudu.

Medianews.az xəbər verir ki, 16 ildir evli olan 2 uşaq anası  F.G.  əri ilə yazıçı qadının onların evində zina etdiklərini məhkəməyə bildirdi və 100 min lirə təzminat, 2 uşaq üçün ümumilikdə 3 min lirə aliment tələb etdi.

Əllərinin tərləməsi, evin divar kağızlarının rəngi, hətta qayınatasının dənizdə boğulub ölməsinə qədər hər şeyin kitabda qeyd olunduğunu görən qadının ürəyinə ilk şübhə toxumları əkildi. Yazıçının ictimaiyyətə verdiyi açıqlamada romanın real həyat hekayəsi olduğunu vurğulamasından sonra F.G. fikrinin doğru olduğunu başa düşdü və kitaptakı personajların özü, əri, uşaqları və yazıçı qadın olduğunu iddia edib ərini məhkəməyə verdi.

Zina təsvir olunub…
Müvəkkilinin kitabı oxuyarkən ürəyinin parçalandığını bildirən F.G.nin vəkili bunları dedi:
” Kitabda müvəkkilimin əri ilə yazıçının sevgi macərası qələmə alınıb və hər şey detallarına qədər təsvir olunub: daima əllərinin tərləməsi, evin divar kağızlarının rəngi, qayınatasının dənizdə boğulub ölməsi, ərinin boyunun uzunluğu, sürdüyü maşının markası, geyindiyi paltarlar… Günlərin birində müvəkkilim bir tədbirə qatılmaq istəyib, lakin yoldaşı icazə verməyib, romandan isə məlum olur ki, müvəkkilimin həyat yoldaşı şənliyə həmin yazıçı qadınla gedibmiş. Müvəkkilimə ən çox təsir edən isə budur ki, romanda təsvir olunur ki, həyat yoldaşı evlərində həmin yazarla zina edib..”

Əlimizdə şəkillər var!
“Həyat yoldaşı müvəkkilimi öz evlərində aldatmıştır. Evdəki televizor, çılçıraq, yerdəki xalçadan tutmuş naxışlı divar kağızlarına qədər çox şey romanda təsvir olunub. Müvəkkilimin evdə olmadığı vaxtlar həyat yoldaşı yazıçı qadını evə çağırıb, zina etmişdir. Müvəkkilimin həyat yoldaşı yazıçı ilə sosial şəbəkə hesablarında eyni vaxtlarda eyni məkanlarda fotolar paylaşmışdır. Bu şəkillərdən birlikdə olmasalar belə yan-yana oldukları bəllidir. Müvəkkilim F.G. daha sonra həyat yoldaşının bu kitabın üz qabığını Twitter’dən paylaşdığını görmüşdür. Kitabın təşəkkür hissəsində isə açıq şəkildə həyat yoldaşı U.G.’nin adı yazılıdır. Yaşadığı hadisə qarşısında böyük bir şok keçirən müvəkkilim həyat yoldaşından dərhal boşanmak istədiyini bildirmişdir.”

Duzruhu ilə təhdid!
“Ancaq əri boşanmaq istəməyib və əgər boşanarsa müvəkkilimin üzünü turşu məhlulu ilə yandırmaqla təhdid edib. Sonuncu dəfə U.G. adlı ər müvəkkilimi səhər yeməyinə çağırıb, söhbət əsnasında əsəblərinə hakim olmayaraq “Çaydanlığı başından aşağı tökərəm. Səni o içdiyin qaynar suda boğaram” deyərək təhdid edib.”

Üzünə çay tökdü…

“Bir dəfə isə qaynar çay stəkanını müvəkkilimin üzünə tolazlamışdır. Uşaqların gözü önündə müvəkkilimə hücum çəkən şəxs təhlükəli hərəkətləri səbəbindən hər şeyi etməyə qadirdir. Ata-anasına pənah gətirən müvəkkilim ağır mənəvi travma almışdır, 100 min lirə təzminat və iki uşaq üçün ümümilikdə 3 min lirə aliment tələb edirik.”

Medianews.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=119989

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930