Əxlaqsız təklif alan aktrisa azərbaycanlıların iradına cavab verdi

05.06.2018 - 18:21
“Hörmətli azərbaycanlılar, sizlər mənə çox mesaj yazmısız. Bu səbəbdən açıqlama vermək məcburiyyətində qaldım”. 

Cumhuriyyet.net  xəbər verir ki, bu sözləri türkiyəli aktrisa Özge Borak instaqram səhifəsində yazıb. O, bu gün biznesmenin ona əxlaqsız təklif etməsi barədə yazılan xəbərlərə bir daha münasibət bildirib.

Aktrisa ona mövzu ilə bağlı azərbaycanlıların mesaj yazdığını deyib: “Baxın, hadisənin sizinlə heç bir əlaqəsi yoxdur. Yazılan mesaja inanmamışam. Həmin şəxsin kimliyi və haradan olduğu, yazanın həqiqi olub-olmaması məni maraqlandırmır. Bu səbəbdən adını açıqlamamışam.
Etdiyi zarafat belə olsa, qəbul edilməzdir. Bu səbəbdən onu həddini bilməyən biri kimi qiymətləndirirəm. Sırf “mən azəriyəm” dedi deyə bunu bütün azərbaycanlılara şamil etmək düzgün deyil. Mən sadəcə olaraq demək istəyirəm ki, aramızda bu cür insanlar var”.
Qeyd edək ki, Özge özünü azərbaycanlı iş adamı kimi təqdim şəxs instagram hesabından ona bir gecə keçirməsi qarşılığında 1 milyon dollar təklif etməsi barədə məlumat paylaşmışdı.(Qafqazinfo)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=120000

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930