Seysmoloji Mərkəzdən zəlzələ açıqlaması: “İnsanlar bunu bilməlidir ki…“

09.06.2018 - 13:21

“Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Zaqatala ərazisində zəlzələnin baş vermə səbəblərinə dair tədqiqatları davam etdirir”.
Bunu oxu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.

Onun sözlərinə görə, gələn həftə ərzində aparılan tədqiqatların nəticələri ictimaiyyətə təqdim ediləcək:

“Zəlzələ barədə insanlara ilkin məlumat ərazidə qeydə alınan siqnallar əsasında verilir. Hazırda isə əməkdaşlarımız Zaqatalada yer səthinin üstündə zəlzələnin hansı fəsadlar yaratdığını və yerdə onun hiss olunma dərəcəsi ilə bağlı araşdırma aparırlar. Eyni zamanda geofizika və maqnit sahəsinin ölçüləri aparılır. Zaqatala ərazisində baş verən zəlzələdən sonra bir sutka ərzində 100 afterşok qeydə alınıb. Ötən gün ərzində isə iki afterşok baş verib. Afterşokun olması müsbət haldır. Çünki onlar baş verdikcə, zəlzələ ocaqları azalır. Ehtimal ki, afterşokların olması davam edəcək”.

Vüsalə Rafiqqızı qeyd edib ki, Azərbaycan seysmik baxımından aktiv zonada yerləşir:

“Respublika üzrə Xəzər Dənizi hövzəsi, Şəki, Zaqatala, Gəncə, Daşkəsən və Cənubda Talış dağlıq hissədə zəlzələnin baş verməsində aktivlik var. Bu o demək deyil ki, həmin ərazilərdə yaşayan insanlarda qorxu yaşasın ki, yaşadığı ərazidə zəlzələ ola bilər. Sadəcə olaraq bölgəmiz aktivdir və insanlar bunu bilməlidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=120223

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2018
BE ÇA Ç CA C Ş B
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930