“Azərbaycanda savadsızlıq baş alıb gedir”

14.06.2018 - 14:06
“Bu gün hər yerindən duran yazı yazır”
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsi saytlarla bağlı aparılan monitorinqin ilkin nəticəsini elan edib. Məlum olub ki, monitorinqə cəlb edilən saytlarda dillə bağlı ciddi qüsurlar aşkar edilib.
Saytlarda Azərbaycan dili ilə bağlı qüsurların bunca kütləviliyi bu sahədə çalışanların önəmli bir qisminin qeyri-peşəkar olmasının təsdiqi hesab edilə bilərmi?
Moderator.az-a açıqlama verən media eksperti Elçin Şıxlı mövcud problemin bir deyil, bir neçə amildən qaynaqlandığını qeyd etdi:
“Öncə onu qeyd edək ki, iki aydan bir sözlərin yazılışı dəyişilir. Ona görə də aləm bir-birinə dəyir. Saytlardakı səhvlər burdan da əmələ gələ bilər. Bu, məsələnin birinci tərəfi.
İkincisi, bu gün jurnalistikada, bütövlükdə isə ölkədə savadsızlıq baş alıb gedir. Elementar sözlər var ki, insanlar bunları yaza bilmir, danışıqlarında qüsurlara yol verirlər. Onlar Azərbaycan dilində olan sözləri bilmirlər və iddia edirlər ki, Azərbaycan dilində bu sözlərin qarşılığı yoxdur. Hərçənd ki, bu, belə deyil. Həmin sözlərin qarşılığı mövcuddur. Lakin onlar rus, türk və digər dillərdən olan sözlərdən istifadə edirlər.
Üçüncüsü, əvvəl qəzetlərdə korrektorlar var idi. Saytlarda isə bu yoxdur. Korrektorlor hərf, nöqtə, savadlı korrektorlər isə hətta üslüb səhvini belə tuturdu. Qəzetlərdə proses belə idi ki, müxbir yazırdı, bu yazını şöbə müdiri oxuyurdu. Ondan sonra isə bu yazını redaktor, ədəbi redaktor, daha sonra isə baş redaktor oxuyurdu. Bundan sonra isə növbətçi redaktor oxuyurdu. Bütün bu mərhələlərdə mümkün səhvlər tutulurdu. Indi isə bütün məlumatlar sayta birbaşa gedir. Ona görə də səhvlər belə çoxdur.
Onu da nəzərə alsaq ki, indi hər yerindən duran yazı yazır, vəziyyətin niyə bu həddə çatdığını anlamaq olar”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=120427

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930