Bakı Slavyan Universitetində məzun günü qeyd olunub-FOTO

22.06.2018 - 12:44

21 iyun 2018-ci ildə Bakı Slavyan Universitetində (BSU) məzun gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə millət vəkili Novruz Aslan, professor  Şahlar Əsgərov, “İki  sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Trend  İnformasiya Agentliyinin departament rəhbəri Arzu Nağıyev,  bir sıra ölkələrin Azərbaycandalı səfirliklərini nümayəndələri iştirak ediblər. Əvvəlcə BSU-nun foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub. Mərasim Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva 2018-ci ili uğurlu il adlandırıb. O, bu ilin aprel ayında Azərbaycanda Prezident seçkilərinin böyük ruh yüksəkliyi ilə keçirildiyini qeyd edib. Rektor Ümummilli Lider Heydər Əliyevuin anadan olmasının 95-ci ildönümünün, Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordumuzun  yaranmasının 100 illiyinin 2018-ci ilə təsadüf etdiyini bildirib. O, bu əlamətdar hadisələrin bu il məzun adı alan tələbələrin gələcək uğurlarına işarə olduğunu diqqətə çatdırıb.

Sonra N.Əliyeva valideynləri, universitetin professor-müəllim heyətini, magistrant və tələbələri məzun günü münasibətilə təbrik edib. Üzünü təhsillərini başa vuran gənclərə tutan rektor onları  gələcək fəaliyyətlərində Bakı Slavyan Universitetinin adını uca tutmağa və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verməyə çağırıb. Nurlana Əliyeva dörd il ərzində təhsildə yüksək nailiyyətlərinə və universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən məzunlara “Fəxri Məzun” diplomu və xatirə hədiyyələri təqdim edib.

Məzun adı alan tələbələr də öz növbələrində universitetdə yaradılmış şəraitə görə rektor Nurlana Əliyevaya minnətdarlıqlarını bildirib. Gənclər universitetdə çalışan professor-müəllim heyətinin tələbələrə göstərdikləri qayğını yüksək qiymətləndirərək bu illərin heç bir zaman unudulmayacağını qeyd ediblər.

Tədbir geniş konsert proqramı ilə davam edib. Respublikanın xalq artisti Yalçın Rzazadə, əməkdar artist Rəşad İlyasov geniş musiqi çələngi ilə tədbirə maraq qatıblar. Konsertdə universitetin “Arzu” rəqs ansamblının təqdimatında rəqslər nümayiş olunub, tələbələrin ifasında mahnılar ifa edilib.

Əsgər gedəcək məzunlar əsgər marşı, şeir və vətənpərvər ruhlu mahnılardan ibarət maraqlı kompozisiya təqdim ediblər.

Sonda məzunların ifasında “Əlvida, BSU” mahnısı ilə konsert proqramı başa çatıb.

Qeyd edək ki, bu il Bakı Slavyan Universitetindən bakalavriat səviyyəsi üzrə əyani təhsil alan 701, qiyabi təhsil alan 71 tələbə və magistratura səviyyəsi üzrə 97 magistr məzun olub.

Cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=120674

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930