“Real”ın çempion olacağını deyən deputat: “Daha futboldan danışmayacam”

02.07.2018 - 18:00
Milli Məclisin deputatı Azər Badamovun Rusiyada keçirilən dünya çempionatında İspaniyanın “Real” (Madrid) klubuna azarkeşlik edəcəyini və bu klubun dünya çempionu olacağını deməsi ciddi ajiotaj yaratdı.
Bəs görəsən millət vəkili Azər Badamov qarşıdakı mərhələdə hansı komandaya azarkeşlik edəcək.

Cumhuriyyet.net xəbər verir ki, azxeber.com məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Badamovu danışdırıb. Portalımıza açıqlamasında millət vəkili bildirib ki, o bundan sonra heç bir komandaya azarkeşlik etməyəcək: “Mən demişdim ki, “Real”ın əsas heyəti İspaniya millisində oynayır və bu səbəbdən ispanlara azarkeşlik edirəm. Bunu başqa cür təqdim etdilər. Daha futboldan danışmayacam”.

“Bəs sizin növbəti favoritiniz kimdir” sualına cavabında isə millət vəkili söylədi ki, “Mənim favoritim Azər Niftiyevdir”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121041

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930