İsti havada ürəyi qorumaq üçün 9 sadə məsləhət

03.07.2018 - 10:53

İnsanın orqanizmi üçün ən komfortlu temperatur 20-24 C sayılır

Temperatur artıqda və xüsusilə də yüksək rəgəmlərə çatdıqda bu insan sağlamlığı üçün ciddi risk faktoru sayılır.
İsti hava xüsusilə ürək-damar sistemi üçün ziyanlıdır. İstidə damarlar genişlənir, ürək döyüntüsü artır, qan qatılaşır, damarlarda tromblar əmələ gələ bilər və bütün bunlar da ürək tutması, insult və infarktın riskini xeyli artırır. Kim risk qrupuna daxildir? Yaşı 50-dən yuxarı olan insanlar, siqaret çəkənlər, artıq çəki və piylənmədən əziyyət çəkənlər, şəkərli diabet və ürək-damar sistemi xəstəlikləri olanlar. Bu qrup insanlarda isti havada ürək problemlərinin riski daha yüksəkdir.
Ürəyi istidən qorumaq üçün nə etmək lazımdır?Cumhuriyyet.net saglamolun.az-a istinadən kardioloqların ümumi tövsiyələrini təqdim edir.

1. İsti havada fiziki iş məhdudlaşdırılmalıdır. Ağır qaldırmayın, istidə çox gəzməyin.
2. İsti, havasız yerlərdən (məsələn, metro və s.) uzaq olun.
3. İsti havada soyuq suya (dəniz, duş) girməyin, soyuq su içməyin. Bu ürək tutmasına və hətta infarkta səbəb ola bilər.
4. Çölə çıxanda papaq (yaylıq, panama) taxın və ya çətir götürün. Həmçinin gün eynəklərdən də istifadə edin.
5. Müalicə həkiminiz buna icazə verirsə, içdiyiniz mayenin miqdarını artırır. Limon şirəsi əlavə olunmuş süfrə mineral sularına üstünlük verin. Belə su orqanizmin normal su-duz balansını bərpa etməyə kömək edir, C vitamini lə damarların sağlamlığı üçün faydalıdır.
6. Ağır, yağlı, qızardılmış qidaları yeməyin. Daha çox meyvə-tərəvəz, yağı az olan süd məhsullarına üstünlük verin. Qidalanmanızda kalium və maqneziumla (ərik qurusu, kişmiş, banan və s.) zəngin olan məhsulların miqdarını artırır. Kalium və maqnezium ürəyin normal fəaliyyətini təmin edir, ürək tutmasının riskini azaldır.
7. Günorta saatlarında yatın və ya uzanın. Bu ürək-damar sisteminə düşən gərginliyi azaltmağa kömək edir.
8. Həkim sizə təyin etdiyi dərmanları vaxtında qəbul edin.
9. Ürək xəstəlikləri olan insanlar çölə çıxanda özü ilə nitrogliserin (həb və ya sprey şəklində) götürməlidir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121052

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930